• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının məşhur "bomj"u faciəvi şəkildə öldü

Bakının məşhur "bomj"u faciəvi şəkildə öldü
12.12.2017 18:19
Ötən gecə Bakıda baş vermiş yanğın nəticəsində ölən Zeynal Səfərovla bağlı maraqlı faktlar üzə çıxıb.

Anews.az Lent.az-a istinadən xəbər verir ki, dekabrın 11-də, saat 21:00 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ev 93-ün zirzəmisində baş vermiş yanğının elə Zeynal Səfərov tərəfindən törədildiyi məlum olub. 

Belə ki, binanın zirzəmisində yaşayan və qızınmaq üçün gecələr ocaq qalayan Z.Səfərov spirtli içkinin təsiri ilə yuxuya gedib. Daha sonra yanğın ətrafdakı məişət tullantılarına keçib və alovun miqyası böyüyüb. Zirzəmini tüstü basdığından Z.Səfərov oranı tərk edə bilməyib və boğularaq ölüb.

Zeynal Səfərov 1964-cü ildə Culfa rayonunda anadan olub. Bir neçə il əvvəl onda psixoloji problemlər yaranıb. Ailəsi Zeynalı ruhi-əsəb xəstəxanasına yerləşdirməyə çalışsa da, o, imtina edib və evi tərk edib. Bundan sonra küçələrdə, parklarda və zirzəmilərdə yaşayan Zeynal Səfərov xeyli vaxt imiş ki, Qaraçuxurdakı binalardan birinin zirzəmisində məskunlaşıbmış.

Qeyd edək ki, Z.Səfərov zarafatcıl, xoş xasiyyətli olduğundan insanlar ona qayğı ilə yanaşırmış. Zeynalı danışdıraraq videolarını çəkən şəxslər həmin görüntüləri "Youtube”da paylaşıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol