• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məmur həbs edildi

Azərbaycanda məmur həbs edildi
14.12.2017 11:02
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər.
 
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə,  Əsədovaya qarşı bir müddət əvvəl rayon polis idarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlayıb. Şikayətçilər isə əsasən ibtidai sinif müəllimləri olub. Qadın müəyyən məbləğ müqabilində ibtidai sinif müəllimlərinə ünvanlı sosial yardım vəd edib, onlar isə qanunsuz gəlir üçün borc götürüblər. K.Əsədova öz qurbanlarını əmin edib ki, arzu edənlər üçün ünvanlı sosial yardım təşkil edə bilər. Belə yardımı almaq istəyənlər isə dərhal tapılıb.

"Onun qurbanlarının çoxu qadınlar, ibtidai sinif müəllimləri olub. Müttəhimin əlbiri ona belə avam və sadəlövh adamları tapmaqda yardım edib. Amma onlar gözlənilən qədər də avam olmadılar və polisə müraciət etdilər”, - Binəqədi RPİ-dən bildiriblər. 

Əsədova qadınlara bildirib ki, onun yaxın rəfiqəsi Əmək və Sosial Müdafiə Nazirliyində çalışır və problemsiz onlar üçün ünvanlı sosial yardım təşkil edə bilər, amma bu, müəyyən məbləğə başa gələcək. 

"Müəllimlər fırıldaqçıya inanıblar. Halbuki yerli telekanallarda dəfələrlə ünvanlı sosial yardım üçün müraciət edən şəxslərin siyahısının məhdud olması barədə məlumat yayılmışdı. Zərərçəkənlər əlavə gəlir mənbəyi əldə etmək istəyirdilər, bunun üçün hətta Əsədovanın sözlərinə inanaraq müəyyən məbləğ də ödəməyə hazır idilər. Əsədova onlara ünvanlı sosial yardımın Azərbaycanda hələ ən azı iki il də veriləcəyini vəd etmişdi”, - polisdən bildirilib. 
Əsədova Məhbubə Kərimovadan (1981-ci il təvəllüdlü) iki min, Gülər Məmmədovadan (1964-cü il təvəllüdlü) – 1,5 min, Yeganə Mustafayevadan (1967-ci il təvəllüdlü) – 800, Gülbəniz Məmmədovadan (1980-ci il təvəllüdlü) isə 500 manat alıb. 

Polisdə daha bir maraqlı faktı qeyd ediblər, belə ki, müəllimlərin bəziləri elementar olaraq ərizə yaza bilməyiblər, bu isə onların qeyri-peşəkar olduqlarını sübut edib. Şikayət edənlər arasında hətta sosial yardım almaq üçün borc götürən də var. Fəaliyyətinin qanuni olduğunu göstərmək üçün Əsədova onlardan ünvanlı sosial yardım almaq üçün tələb olunan sənədlərin surətini çıxarmağı da istəyib.  

Kəklik Əsədova Binəqədi İH-də rəsmi olaraq 2007-ci ilə qədər çalışıb, daha sonra bu qurumu Binəqədi qəsəbəsində təmsil edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol