• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qadın məmur həbs edildi

Azərbaycanda qadın məmur həbs edildi
28.05.2020 20:50
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər.


 Əsədovaya qarşı bir müddət əvvəl rayon polis idarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlayıb. Şikayətçilər isə əsasən ibtidai sinif müəllimləri olub. Qadın müəyyən məbləğ müqabilində ibtidai sinif müəllimlərinə ünvanlı sosial yardım vəd edib, onlar isə qanunsuz gəlir üçün borc götürüblər. K.Əsədova öz qurbanlarını əmin edib ki, arzu edənlər üçün ünvanlı sosial yardım təşkil edə bilər. Belə yardımı almaq istəyənlər isə dərhal tapılıb.


"Onun qurbanlarının çoxu qadınlar, ibtidai sinif müəllimləri olub. Müttəhimin əlbiri ona belə avam və sadəlövh adamları tapmaqda yardım edib. Amma onlar gözlənilən qədər də avam olmadılar və polisə müraciət etdilər”, - Binəqədi RPİ-dən bildiriblər. 


Əsədova qadınlara bildirib ki, onun yaxın rəfiqəsi Əmək və Sosial Müdafiə Nazirliyində çalışır və problemsiz onlar üçün ünvanlı sosial yardım təşkil edə bilər, amma bu, müəyyən məbləğə başa gələcək. 


"Müəllimlər fırıldaqçıya inanıblar. Halbuki yerli telekanallarda dəfələrlə ünvanlı sosial yardım üçün müraciət edən şəxslərin siyahısının məhdud olması barədə məlumat yayılmışdı. Zərərçəkənlər əlavə gəlir mənbəyi əldə etmək istəyirdilər, bunun üçün hətta Əsədovanın sözlərinə inanaraq müəyyən məbləğ də ödəməyə hazır idilər. Əsədova onlara ünvanlı sosial yardımın Azərbaycanda hələ ən azı iki il də veriləcəyini vəd etmişdi”, - polisdən bildirilib. 


Əsədova Məhbubə Kərimovadan (1981-ci il təvəllüdlü) iki min, Gülər Məmmədovadan (1964-cü il təvəllüdlü) – 1,5 min, Yeganə Mustafayevadan (1967-ci il təvəllüdlü) – 800, Gülbəniz Məmmədovadan (1980-ci il təvəllüdlü) isə 500 manat alıb. 


Polisdə daha bir maraqlı faktı qeyd ediblər, belə ki, müəllimlərin bəziləri elementar olaraq ərizə yaza bilməyiblər, bu isə onların qeyri-peşəkar olduqlarını sübut edib. Şikayət edənlər arasında hətta sosial yardım almaq üçün borc götürən də var. Fəaliyyətinin qanuni olduğunu göstərmək üçün Əsədova onlardan ünvanlı sosial yardım almaq üçün tələb olunan sənədlərin surətini çıxarmağı da istəyib.  


Kəklik Əsədova Binəqədi İH-də rəsmi olaraq 2007-ci ilə qədər çalışıb, daha sonra bu qurumu Binəqədi qəsəbəsində təmsil edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol