• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dini icmaların sayı 793-ə çatıb

Azərbaycanda dini icmaların sayı 793-ə çatıb
22.12.2017 18:45
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış 9 dini icmaya şəhadətnamələr təqdim edilib.

Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, tədbirdə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan edilən "İslam Həmrəyliyi İli”nin əhəmiyyətinə toxunan Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bu müdrik, düşünülmüş addımın istər ölkəmiz baxımından, istərsə də dünya miqyasında strateji əhəmiyyətə malik olduğunu bildirib. Bunun dünən Bakıda keçirilən beynəlxalq konfransda da bir daha öz təsdiqini tapdığını vurğulayıb.

"İslam Həmrəyliyi İli”nin elan olunmasının həm daxili, həm də beynəlxalq-ümumbəşəri çağırışları ehtiva etdiyini deyən Səyavuş Heydərov tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmizin bununla öz milli-mənəvi dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Dini icma sədrlərinə tövsiyələrini də verən sədr müavini onları cəmiyyətin dini baxımdan düzgün maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsində, eyni zamanda tolerant və multikultural mühitin daha da inkişaf etdirilməsində fəal rol oynamağa, yeni təşəbbüslərlə çıxış etməyə çağırıb.

Sonda icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.

Qeyd edək ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi "Hacı Bəyverdi” məscidi, Ucar rayonu Alpout kəndi Hz. Əbəlfəzl adına "Cümə” məscidi, Ucar rayonu Müsüslü kənd məscidi, Lənkəran rayonu Şovu kənd məscidi, Lənkəran rayonu Diryan kənd məscidi, İmişli şəhəri "İmam Hüseyn” məscidi, Saatlı rayon Çolpı kəndi "İmam Əli” məscidi Masallı şəhəri, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin "Şeyx Səfi” məscidi və Neftçala rayonu Şirvanlı kəndi "Həsənağa” məscidi dini icmaları dövlət qeydiyyatına alınıb. Bununla Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol