• $
  • €
  • ₽
  • ₺
  • £

Qənirə Paşayeva televiziyalara müraciət etdi

Qənirə Paşayeva televiziyalara müraciət etdi
29.12.2017 18:43
Millət vəkili Q.Paşayeva  MM-də xaricdə yaşayan azərbaycanlılar üçün televiziya kanallarında "Azərbaycan dilini öyrənək” verlişlərinin açılması  təklifi ilə çıxış edib
 
AZXEBER.COM xəbər verir ki, millət vəkili bu gün Milli Məclisdə çıxışında ölkə televiziyalarında "Azərbaycan dilini öyrənək”  dərslərinin keçirilməsinə ehtiyac var olduğunu deyib və xaricdə yaşayan soydaşlarımızın bununla bağlı xahiş və təkliflərini səsləndirib.
 
 "Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir və mən ilk öncə hər bir soydaşımızı bu önəmli  bayram münasibəti ilə təbrik edirəm. Bu bayramının təşəbbüskarı olan ümummilli liderimiz Heydər Əliyev bununla azərbaycanlılar arasında həmrəyliyin güclənməsinin nə qədər önəmli olduğuna bütün soydaşlarımızın diqqəti yönəltmişdi. Azərbaycan dövlətindən xaricdə yaşayan azərbaycanlılari istər İranda,Cənubi Azərbaycanda yaşayan soydaşlarımız, istər İraqda, istər Dağıstanda əksəriyyəti latin əlifbasında oxuya bilmirlər. Ona görə də Azərbaycan mətbuatını, agentliklərini izləyə bilmirlər, Azərbaycanda çap olunan kitabları oxuya bilmirlər və Azərbaycanla bağlı geniş məlumatları oxumaq onlar üçün çətindir. Bundan başqa xarici ölkələrdə yaşayan diasporumuzda isə uzun illər bundan əvvəl xarici ölkələrə üz tutmağa məcbur olan azərbaycanlıların bir çoxunun isə nəvələri, nəticələri  latın əlifbası bir tərəfə ümumiyyətlə Azərbaycan dilini ya bilmirlər, ya da çox pis bilirlər.
 
Yəni bir çoxu öz ana dilini yaxşı bilmir. Hər zaman Azərbaycan dövləti hüdudlarından kənarda yaşayan soydaşlarımızla görüşəndə onlar televiziya kanallarımızda Azərbaycan dili dərsinin vacibliyindən danışır və bu məsələnin reallaşmasını xahiş edirlər. Həmin televiziya dərslərində Azərbaycan dilinin öyrədilməsinə əlifbadan başlanılır və yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə yenidən bir dili, əlifbanı öyrənmək istəyən insanların dili və əlifbanı öyrənə bilməsi üçün böyük imkanlar olur.
 
Özəlliklə dövlət büdcəsindən maliyyələşən televiziya kanallarımızda və ümumiyyətlə digər kanallarımızda da "Azərbaycan dilini öyrənək" verilişinə böyük ehtiyac var. Soydaşlarımızın Azərbaycanı daha yaxından  televiziyalarımız vasitəsi ilə izlədiyini nəzərə alaraq bu layihələrin genişlənməsi Azərbaycan dövləti hüdudlarından kənarda yaşayan soydaşlaırmızın ana dilimizi yaxşı bilməsi üçün çox vacibdir. Ona görə də mən televiziyalarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol