• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda analoqu olmayan səki - FOTO

Sumqayıtda analoqu olmayan səki - FOTO
29.05.2020 09:32
Sumqayıt şəhərində Heydər Əliyev parkına gedən yolda piyadalar üçün qəribə səki inşa edilib.

Şəhər sakinlərinin Axar.az-a verdiyi məlumata görə, Zülfi Hacıyev küçəsində, Heydər Əliyev parkına gedən piyada yolunun girişində qəribə səki salınıb. Sakinlər bildiriblər ki, sözügedən səkiyə çıxmaq nəinki qocalar, uşaqlar, fiziki imkanları məhdud şəxslər, hətta sağlam gənclər üçün də çətindir.

"Səki uzun müddətdir salınıb, lakin oradan keçib getmək çox çətin olduğuna görə hamı yolunu dəyişir. Gördüyünüz kimi, həmin hissədə piyada zolağı var. Lakin səki hündür olduğu üçün camaat yolu keçmək istəyəndə piyada zolağından yox, başqa tərəfdən keçir. Bu da əlavə problemlərə səbəb olur, parka gedən yolda uşaqlara təhlükə yaradır”, - sakinlər deyiblər.

Qeyd edək ki, standartlara görə, yol kənarında inşa edilən səkinin hündürlüyü yerdən 10 sm-ə qədər olmalıdır. Ancaq Sumqayıtda salınan bu səkinin hündürlüyü 40-50 santimetrə çatır.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol