• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sürüşmələr aktivləşib

Azərbaycanda sürüşmələr aktivləşib
05.01.2018 12:15
Respublikanın mühüm sürüşmə sahələrində vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Astara rayonunda Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyində sürüşmə sahələri aktivləşib.

Onun sözlərinə görə, Lənkəran-Lerik yolunun 17- 19 km-liyində atmosfer çöküntülərinin təsirindən yol boyu yamacda bir neçə yerdə yeni uçqun hadisəsi baş verib: "Lənkəran - Lerik yolunun 27-29-cu kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olunub. Habelə, Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və töküntü prosesləri yaranıb. Lənkəran rayonunda Gəgiran sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən aktivləşib və bir neçə yerdə yeni sürüşmə sahələri əmələ gəlib. Masallı-Yardımlı yolunun 13-15, 7-16 - 24-26 kilometrliklərində də yamac boyu uçqun-töküntü və sürüşmə sahələri qeydə alınıb”.

Ekspedisiya rəisi bildirib ki, Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-dəki sürüşmə sahəsinin dinamikasında isə aktivlik müşahidə edilib: "Şabran rayonunda Qazbabalı sürüşmə sahəsində aktivlik davam edir. Siyəzən rayonunda Sədan sürüşmə sahəsi də aktivləşib. Eyni zamanda, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində aparılan müşahidələrə əsasən prosesin dinamikasında aktivlik qeydə alınıb”.

Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhəri, 48-A məhəlləsi - sürüşmə sahəsi üzərində qeydə alınan çatların ölçülərində artım baş verib, sürüşmə sahəsində aktivlik müşahidə edilir və sürüşmə sahəsi qaş hissəyə doğru genişlənməkdədir: "Bundan başqa, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində ucqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb. Sürüşmə sahəsi üzərində olan çatların parametrləri artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib və uçqun-töküntü hadisələri müşahidə olunub”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol