• $
  • €
  • ₽
  • ₺
  • £

Bayılda son DURUM – Baş direktordan AÇIQLAMA

Bayılda son DURUM – Baş direktordan AÇIQLAMA
30.01.2018 14:40
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) "Teleqüllə” kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə artıq bir neçə gündür monitorinqi davam etdirir.

Aparılan monitorinqə RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir. Ötən həftə mərkəzin əməkdaşları tərəfindən ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb. Mərkəz Bayıl dərəsinin yamacları boyunca ("Teleqüllə" kompleksinin yaxınlığında) gedən torpaq sürüşməsi prosesinin inkişaf dinamikası, sürüşməyə məruz qalan torpaq kütləsinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər parametrlərinin müəyyən edilməsi üçün ərazidə seysmoloji, geofiziki, maqnitometrik, qravimetrik və digər üsullarla kompleks tədqiqatlar aparılır.

Maraqlıdır, hazırda  həmin ərazidə seysmoloji vəziyyət necədir?

Bununla bağlı  RSXM-in baş direktoru  Qurban Yetirmişli Modern.az-a açıqlama verib:

"Hələ ki bizim həmin ərazidə tədqiqatlarımız davam edir.  Bu baxımdan nəticə ilə bağlı hər hansı fikir bildirmək tezdir.  Tədqiqatlarımızın  bir ay və ya iki ay yarım davam edəcəyi ehtimal edilir.

Çünki bütün Bayıl ərazisi istiqamətində araşdırmalar aparmalı, səbəbləri müəyyən etməliyik, sürüşmə zonasının müstəvisini, yapım bucağı, layları-yəni hər bir şeyi öyrənməliyik. Tələsik iş görməklə heç nə olmur”.

Qeyd edək ki, son bir neçə gündə  çatlar yamacın yuxarı hissəsindən başlayaraq aşağı doğru davam edib, sərt yamacda şaxələnərək bir neçə yerə bölünüb.Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.Yamacın aşağı hissəsində yerləşən tikililərə ciddi ziyan dəyib. Evlərin divarlarında böyük çatlar yaranıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, həmin ərazidə bundan öncə istinad divarları hörülsə də sürüşmənin aktivliyi nəticəsində divar 20-ə yaxın yerdən çatlayıb. Havaların kəskin dəyişməsi  isə sürüşmənin dinamikasını artırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji planlama ekspedisiyası ərazidə monitorinq aparır və prossesin dinamikası nəzarətə götürülüb. Tədqiqatlar ərazidə gedən sürüşmə prosesi dayanana qədər davam etdiriləcək. Aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcək.

 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol