Bakı metrosunda sıxlıq yaranıb

"Bakı Metropoliteni”ndə qatarların hərəkətində ləngimə baş verib.
Bu barədə anews.az-a "Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Ləngiməyə səbəb 13 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlığın yaranmasıdır:
"Həmin qatarın əvəzinə xəttə qatar buraxılıb və qatarlararası inyerval artıb. Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. "Bakı Metropoliteni” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Hazırda intervalın bərpa edilməsinə çalışırıq”, - deyə N. Paşayev bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























