• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəməyə “təcili yardım”la gətirildi - Bakıda

Məhkəməyə “təcili yardım”la gətirildi - Bakıda
06.02.2018 15:24
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun məhkəməsi keçirilib. 

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.  Ev dustaqlığında olan yataq xəstəsi Əbülfəz Bünyatov təcili tibbi yardım maşını ilə məhkəməyə gətirilib. O, zalda həkimlərin nəzarəti altında saxlanılıb. 

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Ə.Bünyatov bildirib ki, himayəsində 4 azyaşlı uşaq var. O, Odlar Yurdu Universitetinin "Hüquq" fakultəsini bitirdiyini, əvvəllər məkhumluq həyatı yaşadığını söyləyib.

E.İsgəndərov deyib ki, himayəsində 3 azyaşlı uşaq var.

Onun vəkili Fariz Namazlı vəsatət verərək müvəkilinin cinayət işinə xitam verilməsini, E.İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbiririnin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Ə.Bünyatovun vəkili isə deyib ki, müvəkkilinin səhhətində ciddi probellər olduğu üçün məhkəməyə gələ bilmir. Vəkil cinayət işinin ayrıca icraata ayrılması barəsə vəsatət verib. 

Hakimlər kollegiyası vəsatətlər təmin edilmədiyini açıqlayıb. 

Proses fevralın 13-də davam etdiriləcək. 

E.İsgəndərov 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra saxlanılıb və 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.

E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nardaran qəsəbəsindəki əməliyyat zamanı qarşıdurma Ə.Bünyatovun evində baş verib. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol