• $
  • €
  • ₽
  • ₺
  • £

“Sədərək” giriş üçün 3 manat alır? - Açıqlama

“Sədərək” giriş üçün 3 manat alır? - Açıqlama
07.02.2018 11:41
"Sədərək” Ticarət Mərkəzində taksilər üçün bu gündən etibarən 3 manat əlavə girişhaqqının tətbiq edilməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a "Sədərək” Ticarət Mərkəzinin baş mühasibi deyib. Onun sözlərinə görə, belə bir yenilik edilməyib:

"Edilməsi də müzakirə edilmir. Məlumat yalandır”.

Mərkəzdə çalışan taksi sürücüləri isə bildirib ki, dünəndən etibarən TM-də çalışan bütün taksilər qeydiyyata alınıb. Yeni qərarla razılaşmayan sürücülərin mərkəzdə işləməsi qadağan edilib və taksi fəaliyyəti üçün avtomobillərinin üzərinə vurulan tanınma nişanı olan "şahmat hövhəsi” geri alınıb. Taksi sürücülərinin sözlərinə görə, əslində yeniliyin bu gündən etibarən tətbiq ediləcəyi deyilmişdi. Lakin hələlik heç bir taksi sürücüsündən giriş üçün əlavə 3 manat haqq tələb edilməyib. Sürücülər iddia edir ki, məsələnin ictimailəşməsindən sonra mərkəz rəhbərliyi qərarını ertələyib.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzində çalışan taksilərin bazara giriş qiymətinin 3 manata qaldırıldığı barədə ötən gün taksi sürücüləri məlumat vermişdi. Məlumatda bildirilirdi ki, bu məbləğdən əlavə giriş üçün rəsmi qaydada 50 qəpik ödənilməsi də qüvvəsində qalır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol