• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ əlilinin qatili tutuldu

Qarabağ əlilinin qatili tutuldu
07.02.2018 15:27
Bakının Binəqədi rayonunda Qarabağ əlilinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilib.

Unikal.org xəbər verir ki, fevralın 5-də daxil olmuş məlumat əsasında 6-cı polis bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişi aşkar ediblər.

Həmin şəxs Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olduğu müəyyən edilib. Aldığı xəsarətlərin ağırlığı səbəbindən onun dindirilməsi mümkün olmayıb.

Həmin şəxs fevralın 6-da dünyasını dəyişib.

Mübariz Əhmədovun "Kamaz” markalı yük avtomobili ilə vurulduğu ortaya çıxıb. Onu vurub hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü - Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, Mübariz Əhmədov Qarabağ müharibəsi əlili olub. Onun dünən mətbuatda döyülərək öldürülməsi barədə xəbər yayılmışdı.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol