• $
  • €
  • ₽
  • ₺
  • £

Fədayə Laçın əfv ediləcək?

Fədayə Laçın əfv ediləcək?
15.02.2018 15:51
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əlimməməd Nuriyev həbsdə olan müğənni Fədayə Laçının müraciətinə aydınlıq gətirib.

Komissiya üzvü AzVision.az-a bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Əfv Komissiyasının nizamnaməsinə əsasən Fədayə Laçın əfv edilə bilməz.

"Əfv yalnız o şəxslərə aid edilir ki, onlar barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olur. Fədayə Laçın barəsində cinayət işinin davam etdiyi təqdirdə, onun əfv olunması qeyri-mümkündür. Barəsində özü və ya vəkili tərəfindən yalnız həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilə bilər. Bura həmin şəxsin zaminliyə buraxılması, ev dustaqlığı və həbslə əlaqədar olmayan qətimkan tədbirləri daxildir. İstintaq bunun nə dərəcədə məqsədə müvafiq olduğunu, onun şəxsiyyətini, cinayət məsələsinə mane olub-olmamasını və digər məsələləri nəzərə alaraq həbs qətimkan tədbiri ilə bağlı pozitiv və ya mənfi cavab verə bilər. Hazırki şəraitdə onun əfvlə bağlı müraciəti baxılmamış saxlanılacaq. Barəsində istintaq aparılan, cinayət işi qaldırılan şəxs və məhkum olunmayan şəxslər barəsində əfv verilmə bilməz”.

Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

F.Laçın əfv olunması üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət ünvanlayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol