• $
  • €
  • ₽
  • ₺
  • £

Atakişi Musayev həbs edildi

Atakişi Musayev həbs edildi
29.05.2020 08:33
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Atakişi Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Musayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ötən ilin iyununda Şabran rayonu ərazisində "Hyundai” markalı avtomobil "VAZ 21-011” markalı maşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Ölən şəxs rayonun Gəndov kənd sakini, 1974-cü il təvəllüdlü Bağırov Qalib Məmmədəli oğludur.

Hadisə nəticəsində xəsarət alan Elşən Şıxəliyev isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə təqsirləndirilən Atakişi Musayev barəsində cinayət işi açılıb.

A. Musayev Şabran rayonu Dəvəçi Kənd Mədəniyyət şöbəsinin bədii rəhbəridir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol