• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmalə Ağazadə barədə araşdırma başladı

Kəmalə Ağazadə barədə araşdırma başladı
26.02.2018 18:44
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə bağlı mediada növbəti şikayət yayılıb. Azərbaycan Uşaqlar Birliyində bu günə qədər birliyin sədri K.Ağazadə ilə birgə işləyən şəxslər ondan şikayət edərək, yanından ayrılırlar. Yayılan son məlumata görə, K.Ağazadə barəsində keçmiş işçisinin şikayəti əsasında cinayət işi başlanıb.

Axar.az xəbər verir ki, cinayət işini birlik sədrinin qohumu, həmçinin sığınacaqda çalışan Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi qaldırıb. Şikayətçi H.Kəngərli Criminal.az saytına açıqlamasında bildirib ki, bir müddət əvvəl K.Ağazadənin təşkilatında işlədiyi Mahir Bayramovla birikdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsinə ərizə yazıblar. Şikayət etməsinə səbəb K.Ağazadənin onun və iş yoldaşlarının 8 aylıq əməkhaqqını məcburən almasıdır.

H.Kəngərli iddia edir ki, birlik sədri K.Ağazadə onları aldadıb:

''Mən Azərbaycan Uşaqlar Birliyində Qlobal Fondun ''Zərərin azaldılması proqramı'' layihəsində əvvəl sosial işçi, sonra isə koordinator işləmişəm. İşlədiyim müddətdə aylıq məvacibim əvvvl 350, sonra isə 450 manat olub. Layihənin müddəti bitdiyi üçün Kəmalə Ağazadə bizə dedi ki, 8 ayın əməkhaqqını ona verək və o, Səhiyyə Nazirliyi, Qlobal Fondla müqavilə bağlayacaq və bir də 2 il işləyəcəyik. Pulun verilməyəcəyi halda bizi işdən çıxaracağı ilə hədələdi. Biz də işdən çıxamayaq deyə, 8 ayın pulunu ona verdik ki, müqavilə bağlasın, 2 il işləyə bilək. 2016-cı ilin yanvar ayında müqavilə bağlanmalı idi. Biz işçilər Kəmalə Ağazadəyə çox etibar edirdik. Lakin 2016-cı ilin yanvarından indiyə kimi heç bir müqavilə bağlanmadı. Aldadıldığımızı anlayıb pulumuzu geri istəyəndə isə bildirdi ki, yazılı surətdə mənə pul verməmisiniz, sübut edə bilməzsiniz''.

H.Kəngərli əlavə edib ki, şikayətlərinə prokurorluqdan cavab gəlib. Rəsmi bildirişdə göstərilib ki, şikayət əsasında Cinayət Məcəlləsinin 308.1-ci, 178.2.3 və 178.2.4-ci maddələri ilə cinayət işi başlanıb.

Məsələyə münasibət bildirən birlik sədrinin sözlərinə görə, hazırda bu işlə hüquq-mühafizə orqanları məşğul olur.

Xatırladaq ki, bir müddət öncə tanınmış hüquq müdafiəçisi, Uşaq Reinteqrasiya Mərkəzinin Direktoru, Azərbaycan Uşaqlar Birliyinin sədr müavini olmuş Vasif Akifli də sığınacaqdakı vəzifəsindən ayrılmışdı. V.Akifli sığınacaqdan hansı səbədən ayrılmasına aydınlıq gətirməmişdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol