• $
  • €
  • ₽
  • ₺
  • £

FHN-in baş leytenantı həbs olundu

FHN-in baş leytenantı həbs olundu
05.03.2018 12:42
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Nicat Əliyev dörd il azadlıqdan məhrum edilib. Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Anews.az gununsesi.info-ya istinadən xəbər verir ki, baş leytenant oğurluqda təqsirləndirilir. 27 yaşlı Nicat Əliyev Bakıdakı bir çox evlərdən, obyektlərdən oğurluq ittihamı ilə məhkəmə qarşısına daha beş nəfərlə birlikdə çıxarılıb. Digər təqsirləndirilən şəxslərdən Orxan Quliyev 5 il, Təhməz Əsgərov, Rişan Bayramov və Camal Heydərovun hər biri 4 il, Cavid İsazadə isə 1 il 6 ay azadlıqdan məhrum edilib. Cavid İsazadə oğurluqda yox, qarət olunmuş əşyaları almaqda təqsirləndirilir. O, istintaq və məhkəmə dövründə ev dustaqlığında olub. Martın 5-də hökmün elanından sonra məhkəmə zalında həbs edilib.

Təqsirləndirilənlər arasında FHN əməkdaşı olduğu kimi, zərərçəkmişlər arasında da dövlət qulluqçuları var. Məsələn, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanmış Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsində bölmə rəisidir.

Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlanmış Mərahim Ələkbərov "Azəravtoyol” ASC-nin Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, mənzilindən 2 min 500 manat dəyərində məişət avadanlıqları qarət olunmuş Mübariz Qəhrəmanov isə "Tirmə” firmasının direktorudur. Heydər Əliyev adına liseydə ingilis dilini tədris edən Ayna Sadıqovanın evindən 21 min 343 manatlıq, "Azəriqazbank”ın əməkdaşı Azad Əliyevin evindən isə 12 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Təqsirləndirilən baş leytenant istintaqa ifadəsində özünü qismən təqsirli bilib. Müəyyən oğurluq epizodlarında iştirakını təsdiqləsə də, oğurlanmış pulun miqdarı və əşyaların dəyəri məsələsində razılaşmır. Onun sözlərinə görə, pulların məbləği və əşyaların dəyəri çox şişirdilib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol