• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada iki minik avtomobili toqquşub

Zaqatalada iki minik avtomobili toqquşub
08.03.2018 15:40
Zaqatalada baş verən yol qəzasında biri azyaşlı olmaqla, bir ailənin üç üzvü xəsarət alıb.
 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə martın 7-i axşam saatlarında rayonun Zaqatala-Muğanlı avtomobil yolunda baş verib.
 
Rayonun Dağlı kənd sakini, 1978-ci il təvəllüdlü Rüstəm Teyyub oğlu Muradovun idarəetdiyi "VAZ 2109” markalı 10 XM 958 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhər sakini, 1990-cı il təvəllüdlü Saleh Məmmədəli oğlu Məmmədovun idarə etdiyi "VAZ 2108” markalı 62 BK 718 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəzadan sonra "VAZ 2109" markalı avtomobilin  sürücüsü Rüstəm Muradov, onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Aynur Ramazan qızı Muradova və ailənin azyaşlı övladı 2012-ci il təvəllüdlü Renad, "VAZ 2108" markalı avtomobilin sürücüsü Saleh Məmmədov və onun sərnişini rayonun Yuxarı Tala kənd sakini 1964-cü il təvəllüdlü Hacıömər Məhəmməd oğlu Əlicanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan Rüstəm Muradov və Aynur Muradovanın müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Digər yaralıların vəziyyətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol