• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA əməkdaşları üçün ŞAD XƏBƏR

AMEA əməkdaşları üçün ŞAD XƏBƏR
09.03.2018 10:42
Abşeron rayonu Saray qəsəbəsində yerləşən "Alimlər şəhərciyi”ndə (Science City) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün tikiləcək yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və başqa şəxslər iştirak ediblər.

A. Əlizadə bildirib ki, yaşayış kompleksi alimlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə akademiyaya məxsus torpaq sahəsində inşa ediləcək. O, akademiya əməkdaşlarının sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində saxlanıldığını deyib. 

Mərasimdə layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, 7 hektar sahədə ilkin olaraq 2, ümumilikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur. 1,2,3 otaqlı mənzillərin müasir dizaynda tikilməsi planlaşdırılır.

Yaşayış kompleksində məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlər də olacaq. Mənzillərin sayı 1928 ədəddir. Yaşayış kompleksinin 2 il müddətində təhvil verilməsi nəzərdə tutulub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol