• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov oyunu izlədi - Deputatlar 3 qol vurdular

Oqtay Əsədov oyunu izlədi - Deputatlar 3 qol vurdular
29.05.2020 02:26
Martın 9-da Milli Məclisin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.

Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, "İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, Sədrin birinci müavini Ziyafət Əsgərov, nümayəndə heyətlərinin üzvləri və digər rəsmi şəxslər izləyiblər.

Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar. Azərbaycan-Latviya qarşılaşmasından əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib. Oyuna fəal başlayan Azərbaycan komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıb. Görüşdə hesab 28-ci dəqiqədə açılıb. İlk hissə komandamızın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissəyə çox fəal başlayan Azərbaycan komandası üstünlüyünü daha da artırıb. Beləliklə, görüş 3:0 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb.

Günün ikinci oyununda Türkiyə və Polşa komandaları üz-üzə gəliblər. Görüşə fəal başlayan Türkiyə təmsilçiləri qalib gəliblər. Görüş 5:1 hesablı qələbə ilə Türkiyə komandasının xeyrinə nəticələnib.

Xatırladırıq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol