• $
  • €
  • ₽
  • ₺
  • £

I sinfə elektron qəbul başlayıb

I sinfə elektron qəbul başlayıb
12.03.2018 10:42
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2018-2019-cu tədris ili üzrə birinci sinfə elektron sənəd qəbulu başlayıb.

Anews.az xəbər verir ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək.

Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə beş, Sumqayıt şəhəri üzrə dörd, Abşeron rayonu üzrə altı məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Birinci sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Gəncə şəhəri üzrə bir, Sumqayıt şəhəri üzrə bir və Abşeron rayonu üzrə bir ümumi təhsil müəssisəsində Apellyasiya Komissiyaları təşkil olunub.

Gəncə Şəhər Təhsil İdarəsinin (022) 256-15-76 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı vasitəsilə, Sumqayıt Şəhər Təhsil Şöbəsinin (018) 642-00-88 nömrəli telefonu, esumgayı[email protected]  elektron poçt ünvanı vasitəsilə, Abşeron Rayon Təhsil Şöbəsinin (012) 342 29 06 nömrəli telefonu, [email protected] poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (tel:146) zəng etməklə, suallara aydınlıq gətirmək mümkündür.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2018-2019-cu tədris ili üzrə birinci sinfə elektron sənəd qəbulu həyata keçirilir.

Xatırladaq ki, Bakı şəhəri üzrə I sinfə qəbul fevralın 22-də başlayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol