• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda olay – Öldü bilinən gənc necə dirildi?

Azərbaycanda olay – Öldü bilinən gənc necə dirildi?
12.03.2018 11:04
Valideynləri onun həyatda qalması üçün kömək istəyir

Qazax rayonunda ötən ayın əvvəllərində mətbuatda ölüm xəbəri yayılan Elçin İsgəndərovun yaxınları bildiriblər ki, hadisənin KİV-lərdə yazıldığı kimi baş verməyib. Yəni Elçin özünü suvarma kanalına atmayıb.

Yaxınları onu da vurğulayıblar ki, E.İsgəndərov ölməyib, boynu qırılıb və sinir sistemi iflic olub. Həmçinin bu hadisədə bir çox müəmmaların olduğu da iddia

Elçinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan atası Elşən İsgəndərov hadisə baş verən gün, yəni fevralın 3-də oğlunun dostlarından birinin "ciyər axşamı” məclisinə getdiyini və hadisənin də orada baş verdiyini deyib.

"Son dəfə danışanda axşam saat 8 olardı. Zəng edib dedi ki, toya geyinməyə filan paltarımı hazırlayın. Nə vaxt gələcəyini soruşduq, yarım saata gələcəyini dedi. Aradan 20 dəqiqə keçməmiş mobil telefonuma zəng gəldi ki, Elçin özünü körpüdən atıb. Mən hadisə yerinə çatanda artıq təcili yardım gəlmişdi. Soruşdum nə olub, dedilər ki, Elçin özünü kanala atıb. Mən də təcili yardıma mindim. Ayıq idi, soruşdum nə olub, dedi: "xatırlamıram, deyirlər özümü kanala atmışam” — deyə atası danışıb.

Yataq vəziyyətində olan zərərçəkmişin özü isə hadisəni belə xatırlayır: "Gün ərzində toy evində olduq. Müəyyən işlərə kömək edirdim. Axşama doğru bir az içmişdim. Uşaqlardan biri mənə dedi ki, gedək, kanalın qırağında siqaret çəkək. Yola çıxdığım yadımdadır. Sonra isə bircə boynumun ağrısını xatırlayıram. Məni çıxaranlardan nə olduğunu soruşanda, "özünü kanala atıbsan” dedilər. Sonra yenə ağrıdan özümdən getmişəm”.

Söhbət zamanı E.İsgəndərov son bir ilədək hərbçi olduğunu, heç vaxt özünə qəsd haqqında fikirləşmədiyini vurğulayıb.

Elçinin anası Mehparə İsgəndərova övladının hadisə baş verəndən bir gün sonra Bakıya aparıldığını, 1 ay orda müalicə olunduğunu bildirib. Anasının sözlərinə görə, Elçinin iki boyun fəqərəsi qırıldığından boyun hissəsinə titan mil qoyulub. Onurğa beyni zədələndiyindən sinir sistemi iflic olub. Əllərini qismən hərəkət etdirə bilsə də, ayaqlarında cüzi hissiyyat var.

M.İsgəndərova deyib ki, Elçini müalicəsini Bakıda davam etdirməyə imkanları olmadığı üçün Qazaxa qaytarıblar. Həkimlər isə ailəyə bildirib ki, əgər iki ay ərzində lazım olan müalicə kursunu keçməsə, ayaqlarında olan hissiyyatın tamamilə itəcək və o, ömürlük yataq xəstəsi qalacaq.

"Həkimlər sağ olsunlar, əllərindən gələn köməkliyi göstərdilər. İki ay ərzində ev şəraitində müalicə almalı, masaj edilməli olduğunu dedilər. Lakin masaj etmək üçün lazım olan "Qalantamin” dərmanı heç yerdə tapılmır. Gürcüstandan da soraqlamışıq. Deyirlər, ancaq Rusiyadan tapa bilərsiz. Ora ilə da əlaqəmiz yoxdur ki, bizə bir istiqamət göstərsinlər” — deyib çarəsiz ana.

M.İsgəndərova həyat yoldaşının övladının müalicəsi üçün kənd sakinlərindən borc istəyini də bildirib: "Atası "Balamın tamam iflic olmaması üçün 2 ay vaxtımız var, imkanlı şəxslərdən yardım istəyirik” — deyə hər kəsdən kömək istəyir”.

Onu da bildirək ki, hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda 125.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin valideynlərin iddiasına əsasən, cinayət işinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə dəyişdiriləcəyi bildirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol