• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artistinin son arzusu: Mən öləndə... - VIDEO

Xalq artistinin son arzusu: Mən öləndə...   - VIDEO
29.05.2020 08:14
"Allah məndən nəyi alır alsın... bir gözlərim, bir də pianomdan başqa...”deyirdi xalq artisti Şəfiqə Axundova.

1924-cü ildə Şəki şəhərində anadan olan Şəfiqə Axundova Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən dahi bəstəkar Üzeyir Hacıbəyovdan dərs alıb. Üzeyir bəy elə ilk vaxtlardan onun istedadını yüksək qiymətləndirib.

Şəfiqə xanım ömrünün 70 ilini Azərbaycan mədəniyyətinə həsr edib. O, 1972-ci ildə yazdığı "Gəlin qayası” operası iləŞərqdə opera yaradan ilk qadın bəstəkar kimi tarixə düşüb.

O, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, İslam Rzayev, Gülağa Məmmədov kimi gözəl sənətkarlarla işləyib. Bəstəkar"Ev bizim, sirr bizim” operettasının, "Aydın”, "Əlvida Hindistan!”, "Nə üçün yaşayırsan?”və s. tamaşaların, "Təlxəyin nağılı”, "Dovşanın ad günü” və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.

Bütün həyatını, cavanlığını, gözəlliyini sənətə həsr edən Şəfiqə xanım yeganə övladı olan Talehi dünyalar qədər sevirdi. Taleh də anası kimi gözəl musiqilər bəstələyib və eyni zamanda, virtuoz pianoçu kimi fəaliyyət göstərib. Lakin Taleh ağır xəstə idi. Övladının ağır xəstəliyi Şəfiqə xanımı çox sarsıtmışdı.Bəstəkarı yatağa salan da elə oğlunun ölümü oldu.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol