• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc seçki məntəqəsində sürprizlə qarşılaşdı

Gənc seçki məntəqəsində sürprizlə qarşılaşdı
11.04.2018 16:39
Azərbaycanda 143 seçicinin məhz 11 aprel seçki günü 18 yaşı tamam olur.

Bu barədə anews.az-a Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Şahin Əsədli məlumat verib.

Belə vətəndaşlardan biri olan Qusar rayonunun Aşağı Ləgər kəndinin sakini David Ramazanov seçki məntəqəsində sürprizlə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, aprelin 11-də ad gününü qeyd edən Ramazanovu ilk təbrik edən Qusar rayonu 51 saylı seçki dairəsinin 11 saylı seçki məntəqəsinin komissiyasının üzvləri olub.

18 yaşı tamam olan gəncə Mərkəzi Seçki Komissiyası tərəfindən "İlk dəfə səs verən seçici” vəsiqəsi təqdim olunub.

Təşəkkürünü bildirən gənc deyib ki, seçki gününə təsadüf etdiyi ad günü onun yaddaşında ömürlük qalacaq.

Qusar rayonu 51 saylı seçki dairəsində bötüvlükdə, 184 nəfər prezident seçkilərində səs vermək hüququ əldə ediblər. Bu dairədən David Ramazanovla yanaşı, Eniqoba kənd sakini Tural Şəkəralıyev də ad gününü qeyd edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol