“Polojeniya Anar” cəzalandırıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışı və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar” ləqəbli Anar Məhərrəmova hökm oxunub.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Məhərrəmov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, A.Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda onun yanındakı qıza sataşdığı üçün Kamran Hüseynovu döyüb. A.Məhərrəmov saxlanılarkən üzərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























