• $
  • €
  • ₽
  • ₺
  • £

“KİV haqqında” qanuna dəyişiklik edilir

“KİV haqqında” qanuna dəyişiklik edilir
20.04.2018 15:30
Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin aprelin 20-də keçirilən iclasının gündəliyinə üç məsələ salınıb.

Anews.az-ın xəbərinə görə, bunlar Ombudsmanın illik məruzəsi, o,  cümlədən, "Kütləvi informasiya vasitələri haqqında” və "Müəllif hüquqları və əlaqəli şəxslər haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

"Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərdə göstərilir ki, (maddə 21.1.1) "Reklam haqqında” qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Həmçinin təklif olunur ki, sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır: 

"Dövri mətbuat nəşrlərində yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Eyni zamanda, qanunu 1.3-cü maddəsinə yeni məzmunda altıncı hissənin əlavə edilməsi təklif olunur: yəni, sponsor reklamı reklamla bağlı qanunauyğun olaraq yayımlanır”.

Bununla yanaşı, 45-ci maddəyə yeddinci hissənin əlavə olunması təklif olunur:

"Haqsız, qeyri-dəqiq və gizli reklam "Reklam haqqında” qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol