• $
  • €
  • ₽
  • ₺
  • £

“Tüpürüb keçmək də olar” - Mir Şahin

“Tüpürüb keçmək də olar” - Mir Şahin
30.04.2018 13:14
"O boş şey barədə - AŞPA-da Azərbaycanın ayağına, əlinə, başına və s. yerlərinə yazılan qeydlərlə bağlı araşdırmalarımız davam edir”. 

"Qafqazinfo” xəbər verir ki, bunu Real TV-nin efirində telekanalın rəhbəri Mirşahin Ağayev "Mir Şahinin vaxtı" proqramında deyib. O, bildirib ki, bu yaxınlarda sırf bu mövzu ilə bağlı ayrıca çıxışı olacaq və çalışacaq ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələri ilə ggörüşsün: "Amma indi mənə maraqlı görünən və hələ ki, cavab tapmadığım suallar barədə danışmaq istərdim. Məsələn, AŞPA-da olan nümayəndələrimizin bir iki saçı uzun suray xanım qarşısında özünü bir az ehtiyatlı və ya qismən ürkək aparması mənə çatmadı.

Mən düşünürdüm ki, Azərbaycanın konkret olaraq düşmənləri ilə bir ideoloji barrikadanı paylaşan Orduxan, Tural kimi əl-ayaq və dümbül yığını dərhal Azərbaycan xalqı adından rəmzi tüpürcəyə qonaq ediləcək. Dövlətimizi, xalqımızı biabır etdiklərinə, Xalqımızın imicinə özünəməxsus zir-zibil yapışdırdıqlarına görə. Amma o adamcıqların qarşısında, bağışlayın məni səhv etsəm, amma mənə elə gəldi ki, bizimkilərdə - bir özünə bəraət qazandırmaq cəhdi var.

Siqaretini təcili söndürüb ərazini tərk edən millət vəkillərimiz məncə qarşı tərəfə onların layiq olmadığı hörməti göstərdi. Gərək ki, Səməd Seyidov idi, unitaz-adamlardan birindən soruşdu ki, mən sizin haqqınızda nəsə demişəm? Axı, bu, evrounitazların davamları özlərini o ki var batırıblar ki, Sizə yanaşanda rəmzi olaraq burnunuzu tutub keçə bilərdiniz, ay Səməd müəllim! Bir az kreativ olun. Hər dəfə cavab vermək lazım deyil. Məsələn, tüpürüb keçmək də olar”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol