• $
  • €
  • ₽
  • ₺
  • £

Zaur Baxşəliyev həbs edilir - ŞOK İDDİA

Zaur Baxşəliyev həbs edilir - ŞOK İDDİA
02.05.2018 10:16
Yerli telekanallarımızda son illərdə insanların sağlamlığının keşiyini çəkən tibbi verilişlər çoxalıb.
 
Bu cür verilişlərdə bir çox özəl tibb müəssisələrin aparıcı həkimləri dəvət olunur və öz ixtisas sahələrinə uyğun xəstəliklər ətrafında müzakirələrə qoşulurlar.
 
Tamaşaçıların böyük əksəriyyəti həkimlərə güvənərək onların qəbuluna yazılır. Lakin tamaşaçıların bir qismi bu həkimlərin pasiyenti azalanda efirləri qazanc mənbəyi olaraq gördüyünü düşünürlər.
 
Son aylarda bəzi verilişlər meydana gəlib ki, tamam başqa formatda olsalar da, studiyaya həkimləri dəvət edib xəstələrə "pulsuz” xidmət göstərirlər. Belə verilişlərdə iştirak edən həkimlərin nə dərəcə öz vəzifə borclarını vicdanla yerinə yetirdiklərini demək çətin olar, lakin son günlərdə bu həkimlərin fırıldaqları ilə bağlı xəbərlər gedir.
 
Anews.az minval.info-dan əldə etdiyi məlumata əsasən aparıcı Zaur Baxşəliyevin "Bizimləsən” verilişində iştirak edən həkimin saxtakarlığı yuxarıdakı fikirləri təsdiqləyir. Belə ki, verilişdə iştirak edən həkim-ginekoloq Natiq Məhərrəmov saxta, qanunsuz, lazımsız və bahalı dərmanların xəstə insanlara satılmasına köməklik edib. Natiq Məhərrəmov "Sanimed” MMC,  "Epidbiomed” MMC-nin vəzifəli şəxsləri tərəfindən mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçməyən dərman preparatlarının ölkə daxilində satışının həyata keçirilməsi ilə məşğul olub. Bu dərmanlar həm xəstələrə, həm də digər klinikalara satılıb.
 
Məsələnin digər bir tərəfi efirlərdə belə fırıldaq halları ilə bağlı son aylarda tez-tez qarşılaşmağımızdır. O zaman belə bir sual ortaya çıxır ki, bu cür həkimləri efirə çıxarıb onu reklam edən jurnalist məsuliyyət daşıyırmı?
 
Sualımıza vəkil Vamiq Şükürovdan cavab almağa çalışdıq. Vamiq bəy "reklam haqqında qanuna əsasən heç bir dərman vasitələri kütləvi informasiya vasitələrində reklam oluna bilməz. Yəni heç bir jurnalistin ixtiyarı yoxdur ki, hər hansı dərmanın insanı qısa müddətdə sağaltması ilə bağlı reklamını aparsın. Və yenə bu qanuna əsasən heç bir tibb işçisinin, yəni həkimin hansısa xəstəxanada hər hansı bir dərmanının təbliğatını aparması, onun satışını təşkil etməsi qadağandır.
 
Əgər bu sadaladığım hallar aparıcı tərəfindən icra olunarsa, o zaman aparıcının məsuliyyəti yarana bilər. Amma aparıcının həkimin fırıldaq olduğu təqdirdə məsuliyyətə cəlb olunması ilə bağlı bir maddə nəzərdə tutulmayıb. Bəlkə bu həkimin əməli ağır cinayətlərə daxildirsə, yalnız o halda jurnalist məsuliyyətə cəlb oluna bilər"-deyib.
 
Yəni bütün bunlardan belə nəticə çıxarmaq olar ki, insanların çarəsiz vəziyyətindən istifadə edib öz mənfəətini güdmək yalnız jurnalistin öz vicdanına qalıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol