• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Mustafayev XALQA MÜRACİƏT ETDİ

Vahid Mustafayev XALQA MÜRACİƏT ETDİ
07.05.2018 13:58
Milli Qəhrəman Çingiz Mustafayevin qardaşı, fəaliyyəti dayandırılan ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev sosial şəbəkə istifadəçilərinə müraciət edib.

GoldNews.Az həmin müraciət təqdim edir:

MİLLİ QƏHRƏMAN ÇİNGİZ MUSTAFAYEVİN AİLƏSİ ADINDAN MÜRACİƏT: 

Müraciətimiz Azərbaycanı sevən bir sıra istifadəçilərə, o cümlədən aktiv siyasi, digər həvəskar və ya peşəkar ictimai fəaliyyətlə məşğul olanlara, qardaşım Çingiz Mustafayevin təsvirini şəxsi avatarlarında, yəni öz profil şəklinin yerinə qoyanlaradır. 

Bir də xatırlatmaq istəyirəm ki, bu, Azərbaycanın mərhum Milli Qəhrəmanı Çingiz Mustafayevin əziz xatirəsinə, onun ölməz ruhuna və ailə üzvlərinin hisslərinə ağır təsir edir.

Axı bu şəklin arxasındakı istifadəçi qəhrəmanımız Çingiz deyil, axı onun şəklini istifadə edən bir adam və ya bir qrup hazırlanmış təxribatçının yazdığı Çingizin demək istədiyi deyil. Axı olmaz belə… Azərbaycanda elə ailə yoxdur ki, Şəhid verməsin və ümidvaram ki, ailəmizin bu ağrısını bizimlə bölüşürlər.

Çingiz Mustafayev Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azad olunması uğrunda ən şirin olan həyatını verib. O, artıq öz sözünü deyib və gedib. Unutmayın ki, bu gün onun .əkli altında fəaliyyət göstərən istifadəçilərin dostları da var, düşmənləri də. Onların qarşısında sizin simanız durmalıdır, Çingizin yox! Onlar tərəfindən məhz siz sevilməlisiniz və ya söyülməlisiniz, Çingiz yox!

Anlaşılan haldır ki, Çingizin adı və siması ilə adi istifadəçilər özlərinə çoxlu layklar yığa bilərlər, amma həyatını Xalqına, Vətəninə qurban verənlərin gül camalını özlərinin müqayisəolunmaz səviyyədə kiçik maraqlarına görə istismar etmək nə qədər düzgündür? 

Çingiz Azərbaycan uğrunda Şəhid olub, amma sosial şəbəkələr elə qurulub ki, bu gün onun Azərbaycan üçün etdiklərinə görə "zərərçəkənlər", onu hətta həlak olandan sonra qısqananlar belə Çingizin şəkli altında uğrunda canını qurban verdiyi Vətənimizə qarşı su bulandırırlar. Çingizsevərlər və əsl azərbaycanlılar Qəhrəmanımızın təsvirini şəxsi profillərində öz şəkilləri ilə əvəzləsələr, hər kəsin əsl üzünü görmək rahat olar.

Eyni fikirləri həm də ANS loqosuna aid etmək istəyirəm. Mən, Azərbaycan Milli Qəhrəmanı Çingiz Mustafayevin və ANS Yayım və Media Şirkətini yaradan adi Azərbaycan ailəsi adından Çingiz və ANSsevərlərin hamısından artıq dərəcədə xahiş edirəm ki, Çingizi və ANS-i sosial-kommersiya şəbəkələrinin rəflərindən çıxarıb, ürəklərinə qaytarsınlar - daha ürəkli olmaq üçün, ritmi düz tutmaq üçün!!!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin və Azərbaycanımızı qorusun!

Hörmətlə,
Fuad Seyfulla oğlu Mustafayev
Seyfulla Fuad oğlu Mustafayev
Vahid Fuad oğlu Mustafayev
Fuad Çingiz oğlu Mustafayev

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol