• $
  • €
  • ₽
  • ₺
  • £

Azdramda Poladovu anan aktyora kim təzyiq edib?

Azdramda Poladovu anan aktyora kim təzyiq edib?
29.05.2020 01:43
"Şah Qacar” tamaşasının illərlə baş qəhrəmanını canlandıran dəyərli aktyor Fuad Poladovun ölüm günü təsadüfən Azdramın səhnəsində həmin tamaşa oynanılırdı. Tamaşanın sonunda teatrımızın ən qocaman aktyorlarından olan Ayşad Məmmədov Fuad Poladovun ölümünü bir daha tamaşaçılara xatırladaraq bir dəqiqəlik sükutla yad etdi. Buna görə teatrın rəhbərliyi tərəfindən ona irad bildirilməsi tamamilə yalandır.

Bu sözləri Kult.az-a Azərbaycan Dövlət Dram Teatrının aktyoru, əməkdar artist, Fuad Poladovdan sonra "Şah Qacar” tamaşasında baş rolu canlandıran Abbas Qəhrəmanov bildirib. O deyib ki, teatr rəhbərliyi tərəfindən F.Poladovun xatirəsinin tamaşaçılardan bir dəqiqəlik sükutla yad edilməsini istəyən aktyora heç bir irad bildirilməyib:

"Hər teatrda olduğu kimi, Azdramın da may repertuarı əvvəlcədən məlum idi. Tam təsadüfən gözəl sənətkar Fuad Poladovun ölüm günü bizim teatrın səhnəsində "Şah Qaçar” tamaşası oynanılırdı. Səhnəyə çıxan bütün aktyorlar Fuad Poladovun ölümünə məyus olmuşdu. Biz hansı ovqat və əhvalla tamaşanı canlandırdıq, gərək görəydiniz. Tamaşa bitdikdən sonra teatrımızın ən qocaman, ağsaqqal və sevilən aktyorlarından Ayşad Məmmədov Fuad Poladovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini tamaşaçılardan xahiş etdi.

Biz və teatrın bütün aktyorları Fuad Poladovun ölümünə çox məyus olmuşduq və tamaşa zamanı da bu hiss olunurdu. Ayşad Məmmədov tamaşanın sonunda bu məyusluğunu və kədərini onu bir daha xatırlamaqla dilə gətirdi. Bir dəqiqəlik sükutdan sonra tamaşaçılar bizim tamaşa ilə yanaşı, Fuad Poladovu da alqışladı.

Kim deyirsə ki buna görə bizim aktyorlara və Ayşad Məmmədova hər hansısa irad bildirilib, doğru demir. Mən də tamaşanın baş qəhrəmanı olaraq sona qədər orada olmuşam. Buna görə heç kəsə irad bildirilməyib, nə tamaşa zamanı, nə tamaşadan sonra. Azər Paşa Nemətov də elə bir insan deyil ki, buna görə kiməsə irad tutsun”.

A.Qəhrəmanovun sözlərinə görə, teatr kollektivi Fuad Poladovun vəfat günü də evinin qarşısında olub:

"Bizim kollektiv və rəhbərlik Fuad Poladova qarşı heç vaxt soyuq münasibət göstərməyib. Səhhətilə əlaqədar Fuad Poladov onunla əlaqə saxlamaq istəyənlərlə danışa bilmirdi. Hər kəsdən çox xahiş edərdim ki, bizim teatra, rəhbərliyə və gözəl sənərkarlarımıza dəyməsinlər. Olmayan şeyləri yazmaqla teatrın adını xoş olmayan yazılarda hallandırmasınlar”.

Qeyd edək ki, Kulis.az saytı mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə oynanılan "Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram Teatrında qalmaqal yaşandığı haqda məlumat yayıb. Məlumata görə, tamaşadan sonra təzimə çıxan aktyorlardan biri Fuad Poladovu xatırlayıb və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş edib.

Bu isə teatr rəhbərliyinin xoşuna gəlməyib və aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.

Teatrdan saytın sorğusuna cavab verən olmamışdı.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol