• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Ramsfeldə yüksək mükafat

Bakıda Ramsfeldə yüksək mükafat
11.05.2018 10:31
ABŞ paytaxtında yerləşən məşhur Meridian Beynəlxalq Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Axar.az xəbər verir ki, çoxsaylı qonaqların, o cümlədən ABŞ Dövlət, Müdafiə departamentləri, Konqres və Ağ Ev, akademik dairələr, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə ABŞ-ın tanınmış dövlət xadimi, iki dəfə müdafiə katibi və digər dövlət vəzifələrində çalışmış Donald Ramsfeldə Azərbaycan-ABŞ strateji tərəfdaşlığına verdiyi müstəsna töhfələrinə görə 2018-ci ilin Heydər Əliyev fəxri mükafatı təqdim edilib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafında əvəzedilməz rolu barədə geniş məlumat verib. Vurğulayıb ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqil, suveren və güclü dövlət kimi formalaşıb, respublikada uğurlu transmilli layihələr həyata keçirilir. Səfir diqqətə çatdırıb ki, Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində qüdrətli dövlətə çevrilmiş Azərbaycan Respublikasında bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi qeyd edilir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan ilə ABŞ arasında güclü tərəfdaşlığın bünövrəsini qoyduğunu deyən E.Süleymanov onun ABŞ-a çoxsaylı səfərlər etdiyini xatırladıb. Səfir, həmçinin mayın 9-da Azərbaycanın ABŞ-dakı səfirliyində təqdim olunmuş, "Lider” televiziyası tərəfindən Klivlenddə çəkilmiş sənədli filmə istinad edib.

Azərbaycanlı səfir daha sonra Donald Ramsfeldi ABŞ-Azərbaycan tərəfdaşlığının inkişafına, onun rəhbərlik etdiyi fondun regional anlaşmaya töhfə verdiyini vurğulayıb. Çıxışında ümummilli lider Heydər Əliyevin regional baxışına istinad edən səfir ictimai xadim D.Ramsfeldin ABŞ-da ən yüksək vəzifələrdə çalışdığını, ictimai-siyasi mühitə təsir etdiyini diqqətə çatdırıb. Bu xüsusda "Ramsfeld Fondu”nun Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələrini, Əfqanıstan və Monqolustanı əhatə edən proqramını, Avrasiyada peşəkar inkişafın vacibliyinə xüsusi önəm verdiyini qeyd edib.

Azərbaycan səfiri daha sonra Donald Ramsfeldə ümummilli lider Heydər Əliyev adına fəxri mükafatı təqdim edib.

Azərbaycan tərəfinə təşəkkür edən D.Ramsfeld bu ölkə və region haqqında xatirələrini bölüşüb, rəhbəri olduğu fondun regionumuzla bağlı gördüyü işləri vurğulayıb. O, Fondun Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri, Əfqanıstan və Monqolustanı əhatə edən proqramının 10-cu yubiley forumunun Azərbaycanda keçirilməsinin təsadüf olmadığını bildirib.

Fəxri mükafat əvvəlki illərdə ABŞ Nəqliyyat Komandanlığının sabiq generalı Dunken Maknaba, ABŞ Konqresinin sabiq üzvü Dən Börtn və ABŞ-ın tanınmış diplomatı Riçard Houqləndə ABŞ-Azərbaycan münasibətlərinə verdiyi töhfələrə görə təqdim olunub.

Tədbir caz konsert proqramı ilə davam edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol