• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qadın plastik əməliyyatın qurbanı oldu

Bakıda qadın plastik əməliyyatın qurbanı oldu
29.05.2020 07:46
Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, hadisə bir müddət öncə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən "Stimul Hospital”da baş verib.

Həkim Elçin Zodan Yeganə Quliyevanı plastik əməliyyat edərkən, xəstə dünyasını dəyişib.

Həkim Elçin Zodan

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Stimul Hospital”ın kadrlar şöbəsinin əməkdaşı bildirilib ki, hazırda xəstəxanada bu adda həkim işləmir:

"Adıçəkilən həkim fevral ayında öz təşəbbüsü ilə ərizə yazaraq, işdən ayrılmaq istədiyini bildirib. Hazırda xəstəxanamızda Elçin Zodan adında həkim fəaliyyət göstərmir. Zodan onun özünə qoyduğu ləqəbdir. Həkimin öz ad soyadı Elçin Ələsgərovdur. Bildiyim qədərilə, artıq 2-3 aydır ki, o, başqa xəstəxanada fəaliyyət göstərir”.

Səhiyyə Nazirliyindən saytımıza verilən açıqlamada bildirilib ki, hazırda faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.

Qeyd edək ki, bu barədə ilk xəbəri Qafqazinfo.az saytı yayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol