• $
  • €
  • ₽
  • ₺
  • £

Eyni vaxtda Bakının iki yerində sürüşmə - VİDEO

Eyni vaxtda Bakının iki yerində sürüşmə - VİDEO
21.05.2018 15:30
Səbail rayonunda ötən ilin sonundan başlayan sürüşmə artıq daha geniş ərazilərə yayılmağa başlayıb. Teleqüllənin cənub yamacında başlanan sürüşmə indi Buxta küçəsində davam edir.

"Qafqazinfo”nun əməkdaşları bu gün adıçəkilən ərazidə olublar. Belə ki, İbrahim Məmmədov 2-A küçəsində yerləşən 16 mərtəbəli binanın küncündəki sütun çökərək bina divarından aralanıb.

Sakinlərlə söhbətimizdə məlum oldu ki, bu bina 1986-cı ildə inşa edilib və həmin zaman bu sütunlar mövcud olmayıb. Təxminən 2 il öncə binanın aqlay daşlarla üzlənməsi həyata keçirilib. Bu zaman görüntünü pozmamaq məqsədilə binanın önünə sütunlar quraşdırılıb. Ötən ilin qış aylarında isə torpağın təxminən 20 sm çökməsi nəticəsində sütun binadan qoparaq aşağı düşüb. Eyni zamanda binadan 10 metr məsafədə yerləşən pilləkənlərin yan divarı çatlayıb.

Ərazidə yaşayanlar isə bunun səbəbini təbii proseslərdə yox, üzbəüz tikilən hündürmərtəbəli binada görürlər. Hələ tikintisi tam başa çatmayan "Zirvə Residence” bu 16 mərtəbəli yaşayış binasının tam qarşısında, yolun əks tərəfində tikilir. İddiaya görə, bu binanın tikintisi zamanı yerin qazılması və ağır tonnajlı yük maşınlarının mütəmadi hərəkəti yolun kənarının çökməsinə səbəb olub. Digər sakinlər kimi həmin binada yaşayan Tamara Mirzəyeva da bunu təsdiqləyib.

Bu ərazidə binanın sütununun çökməsi mübahisəli olsa da, bir qədər aralıda yerləşən fərdi evlər torpaq sürüşməsi nəticəsində tamamilə uçub.Buxta küçəsində yerləşən 17 və 19 F nömrəli Nağı və Nazim adlı şəxslərə məxsus yaşayış evləri mayın 15-də dağılıb. Həmin zaman evdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Evsiz qalan iki ailə hazırda qohum evlərinə köçüblər. Lakin sürüşmənin izləri digər evlərin divarlarına təsir edib. Bir neçə yerdə çatlar əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları çatlar üzərində mayaklar quraşdırıblar. Mayın 15-də quraşdırılan mayaklar vasitəsilə sürüşmənin aktivliyi yoxlanılır. Hələ ki, həmin gündən bəri hərəkətlilik qeydə alınmayıb.

Lakin sürüşmə nəticəsində uçan evlər ərazinin kommunal xətlərində problemlər yaradıb. Bu gün səhər saatlarında sakinlər ərazidə tünd maye qaz qoxusu gəldiyini bildiriblər. Hazırda mütəxəssislər qaz sızmasının olub-olmadığını aydınlaşdırmaq üçün Buxta küçəsində araşdırma aparırlar.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol