• $
  • €
  • ₽
  • ₺
  • £

Sabaha yağış, leysan gözlənilir

Sabaha yağış, leysan gözlənilir
01.06.2018 15:00
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən anews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 17-20, Bakıda gecə 15-17, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 59-65, gündüz 80-90 faiz təşkil edəcək

Abşeron çimərliklərində - şimal (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

İyunun 02-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısamüddətə xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi, rütubətli hava şəraiti və temperaturun enməsi gözlənilir. Belə təzadlı, dəyişkən hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol