• $
  • €
  • ₽
  • ₺
  • £

Polis olmaq istəyənlərin nəzərinə

Polis olmaq istəyənlərin nəzərinə
25.11.2014 15:59
Daxili İşlər Nazirliyi respublikanın ərazi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində - əməliyyat müvəkkili, polis sahə inspektoru (hüquqşünaslar üçün) və yektinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor (müəllimlər üçün) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.ANN.Az Trend-ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, cəmi 75 vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir.Test imtahanları – Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqları na dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən proqram və onu əhatə edən suallar üzrə keçirilir. Müsahibə – test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərlə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılır.Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas və müəllim (3 il pedaqoji stajı olan) ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən /Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayanlar və ya yaşayış yeri üzrə qeydiyyatda olanlar istisna olmaqla/ Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.Müsabiqə qaliblərinin elan edilmiş vakant vəzifələrə təyinatından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.Müsabiqədə iştirak etmək istəyən şəxslər yaşadıqları ərazi polis idarələrinə, şöbələrinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:- şəxsiyyət vəsiqəsi;- ali təhsil haqqında diplom;- hərbi bilet (kişilər üçün);- əmək kitabçası (olanlar üçün);Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır. "Daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər DİN-in www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilmişdir. Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il noyabr ayının 24-dən dekabr ayının 24-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.Əlavə məlumat almaq üçün əlaqə telefonları:(012) 590-93-45; (012) 590-91-47 ; (012) 590-92-54ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol