• $
  • €
  • ₽
  • ₺
  • £

“Maşın şou”nun maması

“Maşın şou”nun maması
11.06.2018 15:37
Azər Qismət

Söhbət Roza Zərgərlidən gedir. Jurnalist Vüqar Vüqarlı da dedi ki, "verilişin adını "Roza şou” qoymaq lazımdır”. Tamaşaçılar belə anladı ki, bütün strategiyanı Roza Zərgərli müəyyənləşdirir. Abbas Bağırovun çıxanda Hüseyn Əzizoğlunun ona "mama” deməsinə çoxları güldü. Ancaq Abbas başqa mənada demişdi. Yəni, Hüseyn mamasının sözü ilə atasını satdı. Hər halda anlaşılan təxminən belə.

Həmin verilişə çox evlərdə baxırlar. Maraqlı şoudur. Arada yazı işlərimi qurtarandan sonra oturub nəzər salıram. Kimsə məni qınamasın ki, oturub belə verilişə baxıram. Mən jurnalistəm və obyektivlik naminə bütün verilişləri hərdən gözdən keçirməliyəm. Şounun növbəti buraxılışı isə maraqlı gəldi deyə oturub baxdım. Qadınlar Pərvin Abıyevanı təkləmişdilər, Hüseyn Əzizoğlu adlı bloger də onunla tin səviyyəsində söhbət edirdi: "Az Pərvin, sən sözü ağzında rastamojka eləmirsən” və sair. Yaxud, "sənin dostların çoxdur, 50-60 min xərcləyəcəklər”. Aydın məsələdir ki, hansı bostana daş atırdı və nə demək istəyirdi. Pərvin Abıyeva bunu tez anlayıb "Görmüsən” deyə suallar ünvanladı. Bu uşağın guya sadəliyi ilə bura gəlib çıxmasına da Murad Dadaşov yaxşı cavab verdi ki, "səni bura biz dəvət etmişik”. Aydın məsələdir ki, Murad Dadaşov 800 mindən çox izləyicisi olduğuna görə onu çağırıb ki, sabah qəşəng səs versinlər, bu da qəşəng pul qazandırsın.  

Verilişin növbəti buraxılışında nələr gözümdən qaçmadı. Timsahların yalançı göz yaşları. Hüseyn Əzizoğlu adlı gənc səs qazanmaq üçün nələrə əl atmadı. Bu gəncin 22 yaşı var, amma indidən necə xəyanətlərə yol verdi. Yox, düzgün başa düşün, şou xatirinə öz aralarında nəsə düşünə bilərlər. Amma onun tamaşaçıları aldatması çox ağır xəyanət sayılmalıdır. Bir adamı şoudan çıxarmağa hədəf seçməsi və əvəzində başqasını çıxarması, tamaşaçılara, ona səs verənlərə zərbə oldu. Bilirsiz də xalqımız ağlayan adamları sevir. 22 yaşlı gənc indidən xalqın hissiyatı ilə oynayır və gözünü qırpa-qırpa heç nə olmamış kimi peşmanlıq da duymadı. Xalqı aldatmağın bədəlini yəqin ki, şounun növbəti buraxılışında çıxmaqla ödəyəcək. Hə, onu deyirdik axı. Xalqımız yazıq adamları sevir. Bu gənc indidən xalqın psixologiyasını bilir. Gah dedi ki, "maşınım cərimə meydançasındadır, 150 manat pulum yoxdur ki, çıxarım”. Gah dedi ki, maşını "Hacı Nuranın rəhbərlik etdiyi "Həyat” fonduna verəcək. Belə ağlamalı sözləri məhz xalqın psixologiyasına uyğun söyləmişdi, bütün bunlar səs almağa görə idi. 

Növbəti xalqın "sevgisini” qazanmaq Abbas Bağırova görə oldu. Bilirsiz, maraqlı nədir? Xalqın gözündən heç nə yayınmır. Abbas demişdi ki, "mən maşını qazansam aparıb bir adama verəcəyəm”. Çoxları elə güman etmişdi ki, yəqin bir kasıbı sevindirəcək. Şoudan çıxanda isə dedi ki, "o maşını oğluma verəcəkdim”. Əlbəttə, Allah onun balasını saxlasın. Amma deməsi ki, "eybi yox, özüm pul yığıb alaram”, onda adamlar belə sözlərə güldülər. Hamı bilir ki, Abbas Bağırov toya çox pula gedən müğənnilərdən sayılır və kifayət qədər imkanlı sənətçilərdən biridir. Pul yığmaq söhbəti birtəhər çıxdı.

"Maşın şou” həm də ona görə maraqlıdır ki, adamların iç üzünü açır. Xatırlayıram ki, məşhur jurnalist Mübariz Əsgərzadə də "Qulp” verilişində məşhur adamları obraza saldırıb güldürürdü. Bir növ cəmiyyətdə məşhur olan adamlar həmin verilişdən tamam başqa obrazda çıxırdılar. Bu, jurnalist peşəkarlığıdır. 

Tamaşaçılar sevdikləri adamın əsl kimliyini bilmək istəyir. Kimisi pərişan olur, kimisi qəbul edir. Ancaq kədərlənənlər çoxdur ki, "mən sevdiyim adam necə də pis imiş”. Qoy, həmişə "Maşın şou” olsun. Açılsın içlər, yırtılsın maskalar.  
 
//qafqazinfo

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol