• $
  • €
  • ₽
  • ₺
  • £

Pərvin Roza Zərgərlidən danışdı

Pərvin Roza Zərgərlidən danışdı
12.06.2018 14:38
"Maşın” şoudan əlini götürərək çıxan Pərvin Abıyeva şouyla bağlı açıqlamalar verib.

Anews.az xəbər verir ki, aktrisa Roza Zərgərlinin sözlərinə güldüyünü bildirib:

"Məni bu günə qədər çox dəstəklədiniz, mən beş nəfərə qarşı olanda tək qoymadınız, səslər göndərdiniz, amma bu son gündə mən artıq sizdən səs istəyə bilməzdim. Var olun, sizi çox sevirəm.

Gələk oyuna. Mən özümü getməyə o qədər hazırlamışdım ki, hətta sonda deyəcəyim sözləri belə fikirləşmişdim. Bilmirəm, Roza xanım hansı verdiyi sözdən və dostluqdan danışırdı. Amma bir onu bilin ki, mənim orada dostum yox idi.

Sadəcə, düzgünlüyün tərəfində idim. Sonra əlimi götürdüm, çünki getmək istəyirdim. Uranın hədəfi sona qədər mən idim. Onun əli ilə yox, məhz öz əlimlə getmək istədim və buna nail oldum. Onsuz da məni çıxaracaqdı. Adım çəkilmədən, başıdik çıxdım. Beş günlük mübarizəm, açdığım üzlər bu gün özünü göstərdi.

Sonda Aytən xanıma deyilən söz isə yanlış anlaşılmasın. "Çəkin qədər üzün var” deyərkən, əsla onun çəkisi nəzərdə tutulmamışdı. Ağırlıq demək istədim, həyəcanıma verin. Məhz təhsilinə, savadına, dünyagörüşünə görə idi. İstənilən halda bu oyun idi və mənim də məqsədim bu günə qədər gəlib öz missiyamı yerinə yetirmək idi.

Mən o maşını yox, itirdiyim reputasiyanı geri qaytarmaq istəyirdim. Oyunda hər şey olar, amma bəzi məqamları çıxmaq şərti ilə. Tək mübarizəmi apardım və tək çıxdım. Heyif ki, mən əlimi götürdüm, amma Aytən yenə çıxarıldı. Kaş ki, mübarizə sabah davam edərdi. Oldu keçdi”.

O, açıqlamalarına bu sözləri də əlavə edib:

"Dostlar, nəticədən niyə heyifsilənirsiniz ki? Sizcə, buna səbəb siz özünüz deyilsiniz? Beş gün ard-arda hədəf oldum. Bəzilərinə qalib gəldim, son iki gündə Hüseyni və Uranı mənə qarşı çıxardılar. Onları qalib etdiniz, finala da öz səslərinizlə siz gətirmisiniz.  

Beş gün idi maska cıra-cıra gəlirdim. Bir də dünən həyəcanlı idim, fikir verməmişəm. Orada Roza xanım mənə "dostluğunu sübut elədin” deyib. Hansı dostluq? O dost ki, beş gün sənə qarşı vuruşur? Çox ağıllı və hiyləgər qadındır, bravo! O sözə güldüm. 

Əslində, dərindən fikirləşsəniz ki, əlimi niyə götürdüm, başa düşərsiniz. Qaydalara görə, bir nəfər əlini götürəndə qalib gələn kimisə çıxarmaya bilər. Çıxmaqla Aytən xanımın mübarizəsinə davam etməsini gözləyirdim. Amma düşünmürdüm ki, Uran belə edər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol