• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ana və körpəsi doğuş zamanı öldü

Azərbaycanda ana və körpəsi doğuş zamanı öldü
25.11.2014 11:26
Ötən gün axşam saatlarında İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. AzVision.az-ın əldə etdiyi məlumata görə, rayonun Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı doğuş zamanı dünyasını dəyişib. Körpənin də həyatını xilas etmək olmayıb. Onu təcili olaraq Bakıya aparsalar da körpə yolda keçinib.Hadisədən xəbər tutan xəstənin yaxınları xəstəxanada qarşıdurma yaradıblar. Xəstənin ailə üzvləri A.Ağayevanın həkim günahından öldüyünü bildiriblər. “Afətin heç bir xəstəliyi, problemi yox idi. Onu həkimlər öldürdülər”-deyə xəstənin yaxınları əməliyyat aparan həkimdən şikayət edəcəklərini deyiblər.Qeyd edək ki, A.Ağayeva 3 uşaq anası olub.Doğuşu həkim Məlahət Hüseynova aparıb. Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisədə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi.Hadisə ilə bağlı hazırda araşdırma aparılır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol