• $
  • €
  • ₽
  • ₺
  • £

Saatlıda zəhərlənən dörd nəfər Bakıya gətirilib

Saatlıda zəhərlənən dörd nəfər Bakıya gətirilib
13.06.2018 13:15
Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Bakı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yerləşdirilən xəstələrin sayı səkkizə çatıb.

Bunu Oxu.Az-a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, zəhərlənənlərin vəziyyəti normaldır:

"Daha dörd nəfərdə ürək bulanması, baş gicələnməsi olduğu üçün Bakı Klinik Tibbi Mərkəzə gətirilib. Hazırda müayinələri aparılır. Günorta saatlarında xəstələrin müayinələrinin nəticələri bilinəcək”.

Azər Maqsudov qeyd edib ki, ilkin nəticəyə görə, xəstələr pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədilə istifadə edilən kimyəvi maddədən zəhərləniblər:

"Təsiri az olduğu üçün zəhərlənmə güclü olmayıb”.

Qeyd edək ki, iyunun 11-də Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.  24 nəfər xəstəxanaya yerləşdirilib. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol