• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: 40 manat cərimə həqiqətən absurd məsələdir

Deputat: 40 manat cərimə həqiqətən absurd məsələdir
25.11.2014 09:55
"Ötən gün hava şəraitinin yağmurlu olması ilə əlaqədar Baş Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib. Yağıntılı havada sürətlə hərəkət edən və piyadaların üstünə su sıçradan sürücülər cərimə olunacaq".ANN.Az Publika.az-a istinadən xəbər verir ki, millət vəkili Fazil Mustafa Yol Polisinin açıqlamasına öz facebook səhifəsində öz münasibətini bildirib. Millət vəkilinin etdiyi qeydlərə görə, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub ki, küçələrdəki suyu, palçığı qəsdən piyadaların, digər avtomobillərin, binaların üzərinə sıçradan sürücülər barədə məsuliyyət nəzərdə tutulub."Məcəllənin 155.1.5-ci maddəsində də göstərilir ki, yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən su sıçradılmasına görə sürücülər 40 manat miqdarında cərimə olunurlar.” – deyə yazan deputat, yağışlı havada sürətlə hərəkət edilməsinə görə xəbərdarlıq edilməsini və istənilən tənbeh tədbirinin doğru olduğunu vurğulayıb.Lakin deputat hesab edir ki, yuxarıda qeyd olunan maddənin əslində yolların keyfiyyətsiz vəziyyətinə bəraət qazandırmaq üçün nəzərdə tutulduğunu təxmin etmək olar: “Təbii ki, burada əsas nöqsan Milli Məclisə aiddir ki, bu cür izahı mümkün olmayan bir maddəni qəbul edib. Əlbəttə sürücüləri xəbərdar etmək lazımdır ki, yağışlı havada piyadaların üst-başının suya-palçığa bulaşdırmamaq üçün diqqətli olsunlar, daha mədəni hərəkət etməyə çalışsınlar. Digər tərəfdən, belə havalarda yol polisinin onsuz da çətin işinə daha da çətinlik yaratmasınlar, hərəkətin tənzimlənməsi qaydalarına daha intizamla əməl etsinlər. Həqiqətən də bunlar yol mədəniyyəti baxımından vacib məsələlərdir. O yerdə ki, suyun dərhal axıb getdiyi yollar var, mədəniyyət də tələb olunmalıdır. O yerdə ki, normal yol yoxdur, hansısa mədəni davranışı tələb etmək bir qədər real görünmür.” Fazil Mustafanın fikrincə bütün hallarda 40 manat cərimə həqiqətən absurd məsələdir və bu barədə fikirlərini Milli Məclisdə də dilə gətirəcək: “Əgər yol müasir standartlara cavab verirsə, onun üzərində niyə su gölməçəsi və palçıq qalmalıdır? Niyə yolun kənarına lazımi standartda səkilər nəzərdə tutulmamalıdır ki, piyadalar ən azı təhlükəsiz hərəkət etsinlər və su sıçramasından qoruna bilsinlər? Su gölməçəsi basmış yolun bir tərəfindən digər tərəfinə keçməyə məcbur olan piyadanın ayaqqabısına su dolanda, cəriməni kim ödəyəcək? Ona görə də, piyadaların haqqını qoruduğumuz qədər, sürücülərin də vəziyyətini doğru anlamaq lazımdır. Bir-iki məhdud tərbiyəsi olan sürücüdən başqa böyük əksəriyyət kimsənin üstünü bulaşdırıb söyüş eşitmək istəməz. Ona görə də xüsusi istisna hallar xaric, bu maddənin tətbiqi ciddi mübahisə yaradacaqdır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol