• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda snayper kursları yenidən fəaliyyətə başlayacaq - Fotolar

Azərbaycanda snayper kursları yenidən fəaliyyətə başlayacaq - Fotolar
28.05.2020 20:42
Azərbaycanda gələn ildən snayper kurslarının yenidən fəaliyyətə başlaması planlaşdırılır.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu haqda məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) verilib.Kurslar SHXÇDX-nin «Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı» MMC-i tərəfindən təşkil olunacaq. Kursların keçirilməsi üçün Cəmiyyətdə müvafiq imkanlar yaradılıb. Təlim silahları və vasitələri alınıb, fənn kabineti hazırlanıb. Kurslar hərbi qurumların sifarişi üzrə onlara snayper hazırlayacaq. Snayper kursunda Nazirlər Kabinetinin qərarına əsasən 18 yaşadək vətəndaşlar – çağırışçılar iştirak edə bilərlər. Kursu bitirərək sertifikat almış çağırışçılar orduda snayper kimi hərbi xidmət keçəcəklər. Bundan əvvəl keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin nəzdində snayper kursları mövcud olub. Həmin kurslarda çağırışçılarla yanaşı maraqlı vətəndaşlar da iştirak ediblər.Xatırladaq ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ləğv olunandan sonra snayper kursları dayandırılıb. Nazirlər Kabinetinin qərarı ilə snayper kurslarının təşkili SHXÇDX-nin «Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı» MMC-nə həvalə olunub.ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol