• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir qocalar evində - FOTOLAR

Nazir qocalar evində - FOTOLAR
15.06.2018 21:47
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 15 İyun - Milli Qurtuluş günü və Ramazan bayramı münasibəti ilə tədbir keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirdə iştirak edib, dövlət himayəsində yaşayan pensiya yaşına çatmış şəxslərlə görüşüb, onları təbrik edərək, xoş arzularını çatdırıb. S.Babayev ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinin dövlətin sosial siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. 


O bildirib ki, 20 il bundan əvvəl, 1998-ci ilin aprel ayında bu müəssisədə olarkən ümummilli lider Heydər Əliyev müəssisənin sakinləri ilə görüşündə "Əmin ola bilərsiniz ki, sizin həyatınız, yaşayışınız daim bizim, Prezidentin qayğısı altındadır və bundan sonra da belə olacaqdır”deyə bəyan edib. Ulu öndərin bu sözləri ötən dövrdə həmin insanlara dövlət qayğısının mütəmadi olaraq artmasında öz əməli təsdiqini tapıb. 



Prezident İlham Əliyevin uğurlu sosial siyasəti respublikamızda sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin ildən-ilə güclənməsinə səbəb olub. Nazir diqqətə çatdırıb ki, sosial xidmət müəssisələrində, o cümlədən bu müəssisədə yaşayan 220 vətəndaşın hərtərəfli təminatı, rahat yaşayış şəraitinə malik olmaları üçün bütün işlər görülür. Son illərdə dövlət başçısının tapşırığı əsasında bu müəssisənin 5 mərtəbəli 170 yerlik yeni ikinci korpusu da inşa edilərək istifadəyə verilib. 


Həmin korpusun açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirak etməsi, müəssisənin sakinləri ilə səmimi görüşü də bu təbəqədən olan vətəndaşlara yüksək səviyyədə diqqət və qayğını bir daha nümayiş etdirir. 
Burada sakinlərin rahatlığı, mədəni istirahəti üçün müasir tələblərə uyğun şəraitin mövcud olduğunu qeyd edən S.Babayev bundan sonra da onların diqqət və qayğı ilə əhatə olunmaları üçün məqsədyönlü işlərin aparılacağını vurğulayıb. Sosial xidmət müəssisəsinin sakinləri onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 


Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər üçün nəzərdə tutulub. Burada həmin şəxslər daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Müəssisədə yaradılmış şəraitlə yaxından tanış olan S.Babayev göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılması, reabilitasiya proqramlarının sakinlərin həyatında müsbət dönüşə, pozitiv keyfiyyət dəyişikliyinə yönələn istiqamətdə qurulması, xidmət göstərilən hər bir şəxsə qayğı və etik davranış qaydalarına ciddi riayət olunmaqla yanaşılması və s. barədə tapşırıqlar verib. 
 






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol