• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat gənc qızın intiharından danışdı

Deputat gənc qızın intiharından danışdı
29.05.2020 09:05
Gec də olsa, sosial şəbəkələrdə gənc qızımızın intihardan əvvəl çəkilmiş olan videosunu çox böyük üzüntü ilə izlədim. Mənim də o yaşda qızım var. Cəmiyyətin bir üzvünün, həm də yetkinlik yaşına çatmamış bir üzvünün itirilməsində başda valideynləri, yaxınları olmaqla, hamımız, bütün cəmiyyət günahkardır.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib.

Onun sözlərinə görə, nə qədər ki erkən evlilik, qadın və uşaqlara qarşı zorakılığın bütün formaları ictimai qınaqla qarşılanmayacaq, nə qədər ki bu tipli hadisələri hərənin "öz işi” kimi qəbul edəcəyik, bu cür ağır itkilər artmaqda davam edəcək.

Millət vəkili deyib ki, zaman-zaman insanlar həyatlarında çətinliklərlə qarşılaşdıqları an intihar və bu kimi halları ağlından keçirirlər:

"Gündəlik xəbərlərdə bu kimi hallar barədə informasiyalar yayıldıqca, bu fikrin reallaşması kimi hisslər də artır.

Statistika göstərir ki, intihar halları ilə bağlı xəbərlərin geniş müzakirəsi onun dəfələrlə artmasına gətirib-çıxarır ki,  bu hal "Verter effekti” adlanır.

Mən mediadan və insanlarımızdan xahiş edərdim ki, gələcəyimizin, övladlarımızın xatirinə bu kimi xəbərləri paylaşmasınlar.

Bu paylaşımın övladını itirmiş ailəyə verdiyi ikiqat acını və kədəri duymazdan gəlməsinlər, yaxşı nümunə olmasa da, gənc  bir övladımızın ruhuna ehtiramla yanaşsınlar və bunu müzakirə obyektinə çevirməsinlər. Nəyin düz, nəyin səhv olduğunu izah etməyə çalışmasınlar.

Heç olmasa bundan sonra bu kimi hadisələrin qarşısını almağa yönəldilmiş işlər görməyə, gənclərimizi və övladlarımızı bu kimi təhlükələrdən qorumağa çalışaq. Bu arada, dünəndən övladlarımın bununla bağlı suallarını cavablandırmaqda çətinlik çəkirəm. Sözün bitdiyi yerdəyəm”.

S. Əliyevanın fikrincə, bir neçə həftə əvvəl "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ilə bağlı fikirlərini və təkliflərini bölüşüb:

"Bir daha qeyd edirəm ki, qeyri-qanuni, qeyri-etik və digər bu kimi hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətinin müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması adıçəkilən layihədə nəzərdən keçirilsin.

Çox istərdim ki, bunu təkcə qanunla tənzimləməyək, həm də vicdanımızı dinləyək və insanımıza olan ehtiramımızdan edək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol