• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən XƏBƏRDARLIQ

Yol polisindən XƏBƏRDARLIQ
24.11.2014 11:35
Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edib.İdarənin şöbə rəisi Kamran Əliyevin Lent.az-a bildirdiyinə görə, sürücülər yağmurlu hava şəraitində nəqliyyat vasitəsini quru havada olduğu kimi idarə etməməlidir:“Sürücülər mütləq meteoroloji şəraiti nəzərə almalıdırlar.Yağmurlu hava şəraitində nəqliyyat vasitəsini digər günlərdəki kimi idarə etmək olmaz. Sürücülər mütləq sürət həddini seçərkən, ara məsafəsi saxlayarkən, manevr edərkən diqqətli olmalıdırlar və yağmurlu hava şəraitini nəzərə almalıdırlar. Çünki yağmurlu hava şəraitində yol şərtləri dəyişir və bunu nəzərə almamaq ağır nəticələrə səbəb ola bilər”.K.Əliyev əlavə edib ki, Azərbaycanda avtomobillərin qış təchizatı ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur: “Lakin bununla belə sürücülərə məsləhət görülür ki, şinlərin protektorlarına fikir versinlər. Protektorların naxışlarının qalınlığı azaldıqca şinlərin etibarlılığı da azalır və bu göstərici ən azı 1 mm olmalıdır. Bundan başqa, şinlər naxışlar üzrə oxda yerləşdirilməlidir ki, bu da vacib nüanslardandır”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol