• $
  • €
  • ₽
  • ₺
  • £

Ləman Ələşrəfqızının vəzifəsini ona verdilər

Ləman Ələşrəfqızının vəzifəsini ona verdilər
22.06.2018 13:47
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə yeni mətbuat katibi təyin olunub.

Anews.az unikal.org-a istinadən xəbər verir ki, bu vəzifəyə Tural Səfərov gətirilib.

Qeyd edək ki, T.Səfərov 1984-cü ildə anadan olub. Əmək fəaliyyətinə Naxçıvan Dövlət Televiziyasında redaktor olaraq başlayıb. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqram buraxılış və əlaqələndirmə direksiyasının direktoru olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi işləyib, həmçinin bir müddət mətbuat şöbəsinin müdiri vəzifəsini əvəz edib. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin orqanı olan "Şərq qapısı” qəzetinə baş redaktor təyin edilib. Eyni zamanda "Cahan Press" İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru olub.

Xatırladaq ki, "Azərxalça”nın mətbuat katibi vəzifəsini bundan əvvəl "Real TV"nin əməkdaşı Ləman Ələşrəfqızı yerinə yetirirdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol