• $
  • €
  • ₽
  • ₺
  • £

Rayonlara gedən taksilər bahalaşdı - Sürücülər təmiri bəhanə edirlər

Rayonlara gedən taksilər bahalaşdı - Sürücülər təmiri bəhanə edirlər
29.05.2020 12:34
Bakı-Sumqayıt yolunda davam edən təmir Bakı Beynəlxalq Avtovağzal Kompleksindən rayonlararası taksi xidməti göstərən minik avtomobillərinin qiymətinə də təsir edir.

"anews.az” Axar.az-a istinadən xəbər verir ki, sözügedən yolda 4 gündür başlayan təmiri bəhanə edən bölgələr üzrə çalışan taksi sürücüləri qiyməti bahalaşdırıb. Artıq 4 gündür 7 manatlıq yola sərnişinlərdən 10 manat tələb edilir.

Xüsusilə sıxlıq və təmir edilən yola girən sürücülər "Şamaxı yolu” adlanan əraziyə əvvələr 5 manat tələb etdikləri halda, 4 gündür bu xidmət haqqını 7-8 manata qaldırıblar.

Sərnişinlərin sözlərinə görə, 26 iyundan etibarən Şamaxıya gedən taksilərin qiyməti də adambaşına 10 manat olub. Sürücülər bunu həmin yolda böyük tıxac və sıxlığın olması, bunun da yanacaq sərfiyyatına təsiri səbəbindən etdiklərini bildiriblər. Həmçinin sürücülər təmirə görə tıxacda çox vaxt itirdikləri üçün gündəlik iş rejimlərinə də təsir edir və daha az qazanırlar ki, bunu da sərnişinlərdən çıxarmaq istəyirlər.

Xatırladaq ki, bu gündən etibarən Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından "Azadlıq körpüsü” deyilən əraziyə qədər olan hissə avtomobil tuneli ilə birgə istifadəyə verilsə də, hazırda Bakı-Sumqayıt yolunda təmir işləri davam edir.

26 iyun tarixindən başlayan işlər təxminən 20 gün davam edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol