• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev 4 sərəncam imzaladı

İlham Əliyev 4 sərəncam imzaladı
28.05.2020 21:52
Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb.
Anews.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"2018-ci ilin sentyabr ayında Sumqayıt Dövlət Dram Teatrının yaranmasının 50 illiyi tamam olur.
Azərbaycanın zəngin teatr ənənələrinin layiqli davamçısı kimi Sumqayıt Dövlət Dram Teatrı fəaliyyətə başladığı ilk vaxtlardan səmərəli yaradıcılıq axtarışları ilə daim diqqəti cəlb etmiş, klassik və müasir dramaturgiya xəzinəsinin bir sıra qiymətli nümunələrinə ustad sənətkarların yaxından iştirakı ilə yeni quruluşlarda uğurlu səhnə həyatı vermiş və ötən dövr ərzində tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. Özünün istedadlı aktyor və rejissorlarını yetişdirən Sumqayıt Dövlət Dram Teatrı bu gün ölkənin tanınmış sənət ocaqlarından olub, milli mədəniyyətin ümumi tərəqqisi işinə töhfələr bəxş etməkdədir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və milli teatr sənətinin inkişafında xidmətlərini nəzərə alaraq, Sumqayıt Dövlət Dram Teatrının yaradılmasının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev T.İ.Sinyavskayanın "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskaya "Şərəf” ordeni ilə təltif edilsin”.
***
Prezident İlham Əliyev T.B.Qorçuya "Əməkdar incəsənət xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Tərlan Böyükbala oğlu Qorçuya "Əməkdar incəsənət xadimi” fəxri adı verilsin”.
Prezident İlham Əliyev R.G.Xəlilovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Rüstəm Gülabba oğlu Xəlilov "Şöhrət” ordeni ilə təltif edilsin”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol