• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Ali təhsil vacib şərt deyil

Deputat: Ali təhsil vacib şərt deyil
09.07.2018 12:00
Biz hələ də keçmiş stereotiplərdən uzaqlaşmamışıq. Böyük əksəriyyət hələ də belə düşünür və fikirləşir ki, ali təhsilin, diplomun yoxdursa, sən heç nəsən, cəmiyyətdə sənin yerin, hörmətin, nüfuzun olmayacaq. Nə olursa, nə yolla olursa, olsun, mütləq ali təhsil almalısan, diplom qazanmalısan. Bu, çox yanlış və zərərli düşüncədir. Bir çox problemlərimizin, xüsusilə də, mənəvi problemlərimizin kökündə çox zaman elə bunlar dayanır.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, şair Tahir Rzayev deyib.

O, qeyd edib ki, artıq keçmişin stereotiplərindən, yanlış, zərərli düşüncə tərzindən uzaqlaşmaq və qurtulmaq gərəkdir.

Millət vəkilinin dediyinə görə, necə ki, bundan əl çəkməyəcəyik, inadkarlıq göstərəcəyik, problemlərimiz də yerində qalacaq, hətta, üzərinə daha yeniləri qalaqlanacaq.

T. Rzayev deyib ki, cəmiyyətdə layiqli yer, nüfuz, hörmət qazanmaq üçün ali təhsil, diplom vacib şərt deyil. Elə bir gözəl peşə, sənət sahibi olarsan ki, bir çox diplomlulardan daha çox nüfuzlu və daha çox hörmət sahibinə çevrilərsən:

"Mən bir dəfə də qeyd etmişdim ki, valideynlər uşaqlara "Sən oxumasan, vəziyyətin pis olacaq”, "Hüquq fakültəsinə və ya hansısa fakültəyə daxil olmasan, dilənçi olacaqsan” deməklə düzgün etmirlər.

Onlar bu yanlış düşüncə ilə uşaqları yükləyirlər.

Əslində intiharların bir səbəbi səbəbi budur. Son illər dəfələrlə şahidi olmuşuq ki, imtahandan yaxşı nəticə əldə edə bilməyənlər, çıxış yolunu intiharda görüblər...Bu, çox acı və dəhşətli bir mənzərədir.

Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakültəyə daxil olmalısan.

Onlar uşaqlara düzgün istiqamət verməlidirlər ki, gələcəkdə nə övladları, nə özləri, nə də cəmiyyət əziyyət çəksin”.

 Millət vəkilinin qeyd etdiyinə görə, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır:

"Azərbaycanda "Peşə təhsili haqqında” qanun qəbul olunub. Hər bir insan özünə peşə seçməlidir, ona ləyaqətlə qulluq etməlidir.Uşaqlar niyə intihar etməlidirlər ki?

Yenə deyirəm, axı, hamı alim ola bilməz ki?!

Bu, o qədər vacibdir bəyəm?!

Burada televiziyaların da rolu var. Onlar bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol