• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovun nəvəsinin apellyasiya məhkəməsi başlayıb

Əli Həsənovun nəvəsinin apellyasiya məhkəməsi başlayıb
09.07.2018 14:42
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Nail Allahverdiyevin (1994-cü il təv.) CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məhkum olunmasına dair məhkəmə prosesi başlayıb.

Oxu.Az-ın məlumatına görə, ötən il avqustun 3-də Heydər Əliyev prospektində Nail Allahverdiyev idarə etdiyi "Mercedes Gelandewagen” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Vaqif Əsədovu və ər-arvad olan Türkiyə vətəndaşları Mütəllib və Söngül Tekişləri vurub, sonra isə "VAZ 21015” markalı avtomibilə çırpılıb və yolu kənarındakı maneəni aşaraq, yanmağa başlayıb.

Qəza nəticəsində V.Əsədov və "Mercedes”də olan sərnişin Mehdi Əliyev keçiniblər, ağır yaralanan Türkiyə vətəndaşları isə 1 saylı kliniki xəstəxanaya çatdırılaraq, əməliyyata götürülüblər.

Avqustun 7-də DİN və Baş prokurorluq birgə rəsmi məlumat yayıb. Bildirilib ki, ayın 3-ü saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Mercedes Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar cinayət işi başlanılıb, iş üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Müşahidə kameralarının görüntülərinə baxış zamanı sözügedən avtomaşının sükanı arxasında Nail Allahverdiyevin olması tam təsdiq edilib. Rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. 

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməkdə ictimai asayişi kobud şəkildə pozan "Mazda” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Mirməhəmməd İsmayılov (1995-ci il təv.) olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

Məlum olub ki, Nail Allahverdiyev Baş Nazirin müavini, Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı barədə məlumat veriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol