• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmışlar Gəncə olayı haqda nələr yazdı?

Tanınmışlar Gəncə olayı haqda nələr yazdı?
11.07.2018 11:47
Ötən gün saat 20 radələrində dini yönümlü bir qrup radikal şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə qeyri-qanuni aksiyanın qarşısını alan və öz xidməti vəzifəsini icra edən iki polis zabitini – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu şəhid etməsini ölkənin tanınmış şəxsləri də sərt şəkildə qınayıb və üzüntülərini bildiriblər.

Kult.az Azərbaycan ziyalılarının, jurnalistlərinin və digər nüfuzlu şəxslərin Gəncə olayı haqda sosial şəbəkədə yazdıqları fikirlərdən bəzilərini təqdim edir:

Anar Nəcəfli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi):

"Vətənimizi qana sürükləyən bir ovuc xain inanıram ki, tezliklə layiqli cəzasını alacaq!”

Zaur Əliyev (tarixçi alim):

"Gəncədə iki polisimiz qətl edilib. Bu gün polisə qalxan o qatil əl sabah müəllimə, alimə, həkimə, hərbçiyə, fəhləyə, dindara, ateistə, uşağa və ən qorxulusu Bayrağımıza qalxa bilər. Bu əlləri vaxtında kəsmək lazımdır, bu əlləri qollarından qopartmaq lazımdır”.

Taleh Şahsuvarlı (jurnalist):

"Əxlaqsızlıq, söyüş, nifrət, nəhayət, qan gətirdilər bu ölkəyə. On illərdir ictimai rəydə leqallaşmağa çalışan, amma bacarmayan radikal dini cərəyanlara fürsət verdilər. Terroru açıqdan-açığa dəstəklədilər, Azərbaycan dövlətinin təmsilçisinə güllə atan terrorçunu "qəhrəman” elan elədilər. Hərəsi bir dövlətin qucağında oturub xalqı qarşıdurmaya, qırğına, iğtişaşa çağırdılar.

Burdakı əxlaq bacıları, qrant qardaşları, siyasət ortaqları ilə dövləti çökdürmək, dövlətin atribut və qurumlarına etimadsızlıq yaratmaq, mərkəzi hakimiyyəti zəiflətmək üçün əllərindən gələni etdilər. Azərbaycanı Suriyaya çevirmək planı quran hər kəsə maşa oldular.

Xalq ola, xalqdan ola, xalqla ola bilmədilər! Bu xalq sabitlik istəyir, işğal olunmuş torpaqlarının azadlığına can atır, tərəqqi və rifah yolunda addımlamaq istəyir. Onlarsa xaos, anarxiya, dərəbəylik peşindədir.

Dövlət yolunda, millət yolunda çalışdıqları üçün canına qəsd edilmiş iki şəhid polisimizdir bu xalqın qəhrəmanı, əlikramların, Əlikramla eyni mövqedən çıxış edənlərin elan etdiyi sayaq terrorçular deyil!

Azərbaycan dövləti bu terrorun qarşısını mütləq alacaq. Bu terrorun kökünü mütləq qazıyacaq, qanadlarını mütləq kəsəcək!

Sonacan dövlətimizin, sekulyar Ana Yasamızın və Prezidentimizin yanındayıq”.

Ceyhun Musaoğlu (jurnalist):

"Gəncədə yaşanan qanlı hadisələri ən kəskin şəkildə qınamayan bir nəfər də ola bilməz. Silahla etiraz etmək cinayət hadisəsidir. Bu cinayətin qarşısını alan polisə dərin minnətdarlıq düşür. Bəli, dəqiq ifadədir: öldürülən yüksək rütbəli polislər şəhiddir. Məntiqlə öldürən kim olur? Bəli, düşmən. Öz vətənində düşmən kimi davranmaq cahillikdən doğan aqressiyanın təzahürüdür. Belə münasibətə lənət olsun”.

Xudaverən Rəhimov (Qarabağ qazisi, müəllim):

"Bəzi müxtəlif maraqları olan qüvvələr pusquda duraraq, Azərbaycanımızı xaosa sürükləyib, 90-cı illərdə gördüyümüz özbaşınalıqları xalqımıza təkrar yaşatmaq istəyirlər. Bu cür əməllər düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Əziz gənclər! Sizə səslənirəm! Bu cür fitnələrə, hiylələrə uymayın! Dövlətimizə, dövlətçiliyimizə sadiq olun! Qardaşlarımızın, övladlarımızın düşmənlə üz-üzə durduğu bir dövrdə, müharibə şəraitində bu cür əməllər mənfur düşmənimizi sevindirir. Xain qüvvələrdən uzaq olun!

Allah Azərbaycan xalqını qorusun!”

Mahir Məmmədli (jurnalist):

"Gəncədə baş verən hadisəyə görə tutulanların heç biri Gəncə sakini deyil”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol