• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncə hadisələrinin əsl səbəbləri

Gəncə hadisələrinin əsl səbəbləri
11.07.2018 16:01
Gəncədə baş verən son iğtişaşlar ölkəmizdə sabitliyin pozulmasını istəyən, Azərbaycana qarşı üzdə dost, əslində isə bizə qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olan bir sıra dövlətlərin xarici xüsusi xidmət orqanlarının, eləcə də xaricdən idarə olunan bir qrup təxribatçıların Azərbaycanda terror aktları törətmək istiqamətində attıqları addımların nəticəsidir.

BAKU.WS xəbər verir ki, xüsusi xidmət orqanlarının yüksək rütbəli sabiq əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev Gəncədə baş verən son iğtişaş hadisəsinişərh edərkən belə deyib.

Ekspertin fikrincə, onlar Gəncəni məxsusi olaraq seçiblər və hər şey əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib: "Şəhərin icra başçısına qarşı terror aktından sonra dərhal informasiya terroruna keçərək bəzi KİV-lərdə, eyni zamanda sosial şəbəkərdə müəyyən qruplaşmalar yaradaraq Azərbaycana məzhəb ayrı-seçkiliyi salmaq, dini zəmində münaqişə yaratmaq istiqamətində bir sıra addımlar atıldı. Daha sonra əhalini qanunsuz mitinqlərə səsləyərək Gəncədə bir qrup şəxsi, o cümlədən təxribatçıları, terrorda vasitə ola biləcək şəxsləri ayağa qaldırmağa çalışdılar. Bütün bunlara baxmayaraq, şəhərdə əmin-amanlığı və sabitliyi bərpa etməyə çalışan Azərbaycan polisi onlara qarşı humanistlik göstərdi. Yəni polislər əlisilahlı insanlara qarşı heç bir silahdan istifadə etməyərək onlarla danışıqlar aparmağa çalışdılar. Lakin bu gözlənilənlərin əksinə olaraq iki yüksək rütbəli polis əməkdaşının qətlə yetirilməsi ilə nəticələndi".

Ekspert hesab edir ki, əsas məqsəd din faktorundan istifadə etmək, məzhəb ayrıseçkiliyi salmaqla Azərbaycanda qarışıqlıq yaratmaqdır: "Bunun da bir sıra səbəbləri var. Belə ki, Azərbaycan son illər istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan çox güclənib. Bu isə bəzi dairələrə sərf eləmir. Ona görə də bunun qarşısını almağa çalışırlar. Onların planları Azərbaycanın dövlətçiliyini sarsıtmaq, müstəqilliyinə xələl gətirməkdir. Bütün bu proseslər müəyyən mərkəzlər tərəfindən çoxtərəfli şəkildə hazırlanıb və xüsusi təlim və təlimat almış şəxslər tərəfindən həyata keçirilib. Sabitliyi pozmaq istəyənlər adını Gəncədə məmur özbaşınalığı qoymaqla müəyyən addımlar atmağa çalışırdılar. Əsas məsələ isə onların inhisarında olan və özünü dindar adlandıran şəxslərdən sui-istifadə etməklə bağlıdır. Nəticə də gördüyünüz kimi çox acınacaqlı oldu. Bəlli oldu ki, əsas icraçılar əsl cinayətkarlar olub. Lakin şükürlər olsun ki, Gəncədə asayiş tam bərpa edilib. Artıq vətəndaşlar da şayiələrə uymayıb bu proseslərin əsl mahiyyətini anlamağa başladılar".

Lakin A.Nağıyev hesab edir ki, Azərbaycana qarşı mənfur planlar quranlar istəklərinə çata bilməyəcəklər: "Təbii ki, gələcəkdə istər real həyatda, istərsə də sosial şəbəkələrdə bu cür qruplaşmaların qarşısını almaq üçün müəyyən tədbirlər görüləcək. Ümumiyyətlə, Azərbaycanda terrorla, iğtişaşlarla sabitliyi pozmaq istəyənlər məqsədərinə nail ola bilməyəcəklər. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları buna qadirdirlər. Bu istiqamətdə indiyədək lazım olan addımlar atılıb və yenə atılacaq. Azərbaycanda xalq-itiqdar birliyi sarsılmazdır və vətəndaşlarımız ayıq-sayıq olub dövlətimizin düşmənlərinə meydan verməyəkdir ".

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdin xarici ölkələrin sifarişi ilə hazırlanmış terror aktı olduğu üzə çıxıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol